Türkiyə-Azərbaycan dostluğu əsrlər boyu yaşayacaqdır
26.11.2016 [09:41]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 25-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Görüşdə Erkan Özoralı təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafında mühüm önəm daşıyacağına əminliyini bildirib və bu əlaqələrin çox uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu ifadə edib.
Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələri daha da inkişaf etdirməyin və bu birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü. Xüsusilə torpaqlarımız işğal olunan zaman Naxçıvanda yaşayan sakinlərimizin təhlükəsizliyinin, sosial təminatının təmin olunmasında qardaş Türkiyənin dəstəyi çox böyük olmuşdur və sonralar ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxartmaq olmaz.
Baş nazirin müavini Əli Həsənov deyib: “Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini beynəlxalq aləmdə dəstəkləyib. Bu gün bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır. Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Regionda İran və Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə layiqli yerini tutub. Hesab edirəm ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar. Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil. Bu ölkələr və xalqlar buna yol verməməlidirlər”.
Dünyada cərəyan edən ictimai-siyasi proseslərin gərginliyinə, hökm sürən iqtisadi böhrana baxmayaraq Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan səfirə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır, şəffaflığın təmin edilməsində, insan hüquqlarının qorunmasında mühüm nailiyyətlər əldə olunub. “Bu gün bizə demokratiyadan, korrupsiyadan, insan hüquqlarının qorunmasından dərs keçmək istəyən ölkələrə baxın. Avropada görün qaçqınlara nə zülmlər edirlər və insanları necə alçaldıb təhqir edirlər. 1992-ci ildə erməni diasporu tərəfindən Amerikada olan ermənipərəst konqresmenlərə on milyonlarla vəsait verdilər və nəticədə ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavənin həyata keçirilməsinə nail oldular”.
Əli Həsənov diqqətə çatdırıb ki, Ermənistanın dörd yerdən idarə olunması və himayədarlıq edilməsinə baxmayaraq aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu istənilən vaxt Ali Baş Komandanın əmri ilə torpaqları azad edə bilər. Bunu ermənilər nə qədər tez başa düşsələr özlərinə xeyirdir.
Qardaş Türkiyə Respublikasında baş vermiş son hadisələrdən, eyni zamanda Rusiya ilə Türkiyə arasında yaranmış problemdən Azərbaycan dövlətinin böyük narahatlıq keçirdiyini deyən Əli Həsənov həmçinin qeyd edib ki, Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması bütünlüklə region, o cümlədən ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirib. O, öz növbəsində, Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayaraq bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını deyib. O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev tərəfindən göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Türkiyəli diplomat Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini deyib və Azərbaycan ilə qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılması üçün çalışacağını qeyd edib.
Ölkələrimiz arasındakı münasibətlərə dair səslənən fikirlərlə həmrəy olduğunu bildirən diplomat Azərbaycan torpaqlarının işğal altında qalmasının Türkiyə üçün də xoş olmadığını, münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinin vacibliyini ifadə edib. Həmçinin onu da diqqətə çatdırıb ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və problemlərimizi birgə həll etməliyik.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20

