/ / “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminar keçirilib
“Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminar keçirilib
29.09.2016 [09:37]
Sentyabrın 28-də Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova çıxış edərək bildirib ki, Avropa Şurası Parlament Assambleyasında “Zorakılıqdan Azad Qadınlar” Parlament Şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin üzvləri AŞPA-ya üzv və müşahidəçi qismində təmsil olunan dövlətlərin həmçinin, demokratiya naminə tərəfdaşların təmsilçilərindən ibarətdir.
O qeyd edib ki, bu gün parlament şəbəkəsinin 80-dən artıq üzvü var. Şəbəkənin əsas məqsədi qadınlara qarşı zorakılıqla mübarizə aparmaq, İstanbul konvensiyasının imzalanmasına və ratifikasiyasına təkan verməkdir. Bu şəbəkə AŞPA-nın sessiyaları zamanı iclaslar və ayrı-ayrı ölkələrdə müxtəlif formatlarda tədbirlər keçirir. Növbəti tədbirin Bakıda keçirilməsinin sevindirici hal olduğunu bildirən Sahibə Qafarova seminarın ölkəmiz üçün əlamətdar bir vaxtda təşkil olunduğunu deyib.
Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var. Komitə sədri deyib: “Biz dəfələrlə bu mövzu ətrafında müzakirələr aparmışıq, qadınların səlahiyyətlərinin genişləndirilməsinin və gender amilinin nəzərə alınmasının, onların cəmiyyətin bərabərhüquqlu üzvü kimi bütün imkanlardan eyni şəkildə istifadəsinin yollarını axtarmışıq, bununla bağlı dünya təcrübəsini öyrənmişik. Eyni zamanda, Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübələr barədə fikir mübadiləsi aparmışıq”. O qeyd edib ki, bu mövzu Azərbaycan cəmiyyəti üçün yeni deyil. Cəmiyyətimiz artıq bu istiqamətdə dövlət, parlament səviyyəsində, həm də ictimai orqanlar çərçivəsində bu məsələlərlə bağlı çoxillik təcrübəyə, müsbət nəticələrə malikdir. Əlbəttə ki, hər şeyin əsasını qanun təşkil edir. Konstitusiya qadınlara bu hüququ verir. Bununla yanaşı, Azərbaycan qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin bütün növlərini pisləyən beynəlxalq konvensiyaların hamısına qoşulub. Həmçinin Avropa Şurasının qəbul etdiyi konvensiyanın ətrafında müzakirələr Azərbaycanda son illər xeyli genişlənib.
B.Muradova əlavə edib ki, son illər Azərbaycanda qadınların siyasi partiyalarda təmsilçiliyinin artırılması istiqamətində ciddi iş aparılıb və bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub. Məhz bunun nəticəsində yerli özünüidarəetmə və parlament seçkilərində qadınların iştirakı artıb. Yerli qurumlarda qadınların təmsilçiliyi dörd faizdən otuz faizə qədər çoxalıb. Bu, dövlətin həmin istiqamətdə apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələdə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq həmin kampaniyaya ayrılan önəmin nəticəsidir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi, onların hüquqlarının genişləndirilməsi və qadın zorakılığına qarşı mübarizədə xeyli iş görüb, dövlətimizin bu istiqamətdəki təcrübəsi çox qiymətlidir. Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi sualları cavablandırmaq iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünya miqyasına nəzər yetirdikdə görürük ki, Azərbaycanda zorakılıqla bağlı vəziyyət daha yaxşıdır. O qeyd edib ki, komitəni ən çox narahat edən problemlərdən biri də zorakılıqla bağlıdır.
Sonra seminarın “Qadınların səlahiyyətlərinin genişləndirilməsi - qadınlara qarşı zorakılığın hüquqi və iqtisadi ölçüləri” mövzusunda birinci hissəsi Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə davam etdirilib. Bu hissədə Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, komitə sədrlərinin müavinləri Rövşən Rzayev, Musa Quliyev, deputat Elman Nəsirov, Konstitusiya Məhkəməsinin hakimi, Avropa Şurasının İşgəncələrə qarşı komitəsinin üzvü Ceyhun Qaracayev, gender və məişət zorakılığı üzrə albaniyalı ekspert Monika Koçaqi “Qadınların səlahiyyətlərinin genişləndirilməsində Azərbaycan parlamentinin rolu”, “İstanbul Konvensiyası güclü hüquqi alət kimi”, “İqtisadi zorakılıq məişət zorakılığının bir növü kimi” mövzularında çıxışlar edib, problemlə əlaqədar fikirlərini bildiriblər.
Fasilədən sonra seminarın ikinci hissəsi davam etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

