/ / Avropa Xalq Partiyasının Müşahidə Nümayəndə heyətinin 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçirilmiş Konstitusiya referendumuna dair bəyanatı
Avropa Xalq Partiyasının Müşahidə Nümayəndə heyətinin 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçirilmiş Konstitusiya referendumuna dair bəyanatı
28.09.2016 [10:11]
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında Avropanın aparıcı siyasi ailəsi olan EPP-nin - Avropa Xalq Partiyasının nümayəndə heyəti 26 sentyabr 2016-cı il Konstitusiya referendumunun müşahidəsi məqsədilə Azərbaycana səfər etmişdir.
Nümayəndə heyəti 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən Avropa Parlamenti və milli parlamentlərin hazırki və keçmiş üzvləri, Avropa İttifaqı hökumətlərinin keçmiş üzvlərindən ibarətdir.
Nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olmuş və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşmüşdür. Mərkəzi Seçki Komissiyası vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim etmişdir. Bizə məlumat verildi ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırkı Konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılmışdır. Mərkəzi Seçki Komissiyasının bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğun idi.
İlk olaraq onu vurğulamaq lazımdır ki, bu gün biz 1 deyil, 29 referendumun şahidi olduq, çünki Azərbaycan Respublikası vətəndaşları hər düzəliş üzrə öz səsini verə bildi, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu.
EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak etdi və səsvermə müddətində digər məntəqələrə baş çəkdi, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə etdi. Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə müvafiq kömək göstərilirdi, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər yaxud polis işçilərinin olmadığı qeydə alındı.
Səsvermə başa çatdıqdan sonra nümayəndə heyətimizin bəzi üzvləri hazırda səslərin sayılması prosesini izləyir. Prosesin xüsusi şərtləri səbəbindən səslərin sayılması uzun çəkəcək, lakin Mərkəzi Seçki Komissiyası sürətli iş üslubu seçmişdir.
Nəticə etibarilə, nümayəndə heyətimiz hesab edir ki, 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında Konstitusiyaya dəyişikliklərə dair referendum prosesi ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi və şübhəsiz, Azərbaycan Respublikası xalqının iradəsini ifadə edəcəkdir.
Bakı
26 sentyabr 2016-cı il
Xəbər lenti
Hamısına baxMüsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44

