Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şimon Lankri: Dağlıq Qarabağ Azərbaycan ərazisidir

Şimon Lankri: Dağlıq Qarabağ Azərbaycan ərazisidir

23.09.2016 [10:23]

Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Erməni diaspor nümayəndələri mənə şəhərimizdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə görə etirazlarını bildirsələr də, mənim onlara cavabım belə oldu - Mən Azərbaycan xalqını dəstəkləyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İsrailin Akko şəhərinin meri Şimon Lankri deyib.
Şimon Lankri bildirib ki, ermənilərin hər hansı təhdidi onun Azərbaycan ilə bağlı mövqeyinə təsir edə bilməz. İsrailin Akko şəhərində ən böyük Azərbaycan cəmiyyətinin yerləşdiyini deyən mer Azərbaycana səfəri zamanı Qubada olduğunu, yəhudilər üçün yaradılan hərtərəfli şəraitin onu fərəhləndirdiyini söyləyib: “Biz Quba ilə Akko arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə bağlı razılığa gəldik. Hazırda danışıqlar davam etdirilir. 2017-ci ildə tərəflər arasında sənəd imzalanacaq”.
Akko şəhərində “Azərbaycan evi”nin tikildiyini xatırladan Şimon Lankri bu evin Azərbaycan Multikulturalizm Mərkəzinin bir hissəsi olacağını deyib.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31