Azərbaycan ilə Çin arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluq doğurur
20.08.2016 [11:39]
Avqustun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Çin Xalq Respublikası kommersiya nazirinin müavini Çyan Kemin ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Çinin ənənəvi tarixi dostluq münasibətlərinin mövcudluğu qeyd edilərək, vaxtilə qədim “Böyük İpək yolu” vasitəsilə əlaqələrin olduğu xatırlanıb. Müasir dövrdə də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə davam etdiyi məmnunluqla vurğulanıb, son illər iqtisadi-ticarət sahələrində münasibətlərin daha da genişləndiyi bildirilib.
Daha sonra Bakıda keçirilən Azərbaycan-Çin Ticarət İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasında müzakirə olunan məsələlərə toxunan tərəflər qeyd ediblər ki, iclasın yekun protokolunda nəzərdə tutulmuş məsələlərin həlli ölkələrimiz arasında əməkdaşlığın intensiv inkişafı üçün münbit əsaslar yaradır. Söhbət zamanı enerji, nəqliyyat, tikinti, sənaye, maşınqayırma, ticarət, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı faydalı işbirliyinin, ümumən iqtisadiyyatın qeyri-neft sektoruna sərmayə qoyuluşunun böyük səmərə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə ölkələrin inkişafı üçün zəruri olan sülhün və sabitliyin qorunması məsələsindən söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.
Səmimi keçən görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əməkdaşlığının perspektivinə dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

