/ / Bakıda Azərbaycanın və Gürcüstanın Dövlət Təhlükəsizliyi xidmətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Bakıda Azərbaycanın və Gürcüstanın Dövlət Təhlükəsizliyi xidmətləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
03.08.2016 [15:18]
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 2-də Azərbaycana səfərə gəlib.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Gürcüstanın nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində geniş tərkibdə ikitərəfli görüş keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz fəaliyyəti, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf, habelə mühüm beynəlxalq layihələrin həyata keçirilməsi və bu yöndə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin ümumi səyləri nəticəsində ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən sıx dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri dövlətlərimizin başçılarının dost və qardaş xalqlarımızın tərəqqisi naminə həyata keçirdikləri uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə ölkələrimizin aidiyyəti orqanlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını bildirib. Qonaq bu səfərin dövlətlərimiz, eləcə də müvafiq strukturlar arasındakı tərəfdaşlıq münasibətlərinin daha da yüksəldilməsinə töhfəsini verəcəyinə əminliyini qeyd edib.
Görüşdə təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, o cümlədən bu sahədə fəaliyyətin səmərəli təşkili üzrə təcrübə və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılıb.
Sonda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

