Siyavuş Novruzov: Prezidentlik müddətinin 7 il olması qanunauyğundur
28.07.2016 [10:14]
“Prezidentli respublikada prezidentlik müddətinin 7 il olması dövlət başçısının qarşıya qoyduğu proqramı tam şəkildə yerinə yetirməsinə şərait yaradır. O baxımdan da, prezidentlik müddətinin 7 il olması tamamilə qanunauyğundur və burada hər hansı bir fikirdən söhbət gedə bilməz”.
Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Hazırda dünyanın 30-a yaxın ölkəsində prezidentlik müddətinin 7 il olduğunu nəzərə çatdıran S.Novruzov qeyd edib ki, Azərbaycanda yeni prezidentlik müddətinin irəli sürülməsi bir sıra amillərlə şərtlənir: “Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Bələdiyyə, parlament və prezident seçkiləri. Hər bir siyasi təşkilat, o cümlədən də seçki ilə məşğul olan qurum bir il öncədən bu seçkilərə hazırlaşır və onu yekunlaşdırır. Beləliklə, 3 il müddətində ölkədə müxtəlif qurumların fəaliyyəti ancaq seçkilərə yönəlir. Digər amillər sırasında iqtisadiyyat və idarəçiliklə bağlı məsələləri göstərmək mümkündür. Burada sosial problemlərin həlli, abadlıq-quruculuq işlərinin aparılması, yeni iş yerlərinin açılması məsələləri var”.
S.Novruzov əlavə edib ki, Azərbaycanın həm beynəlxalq aləmdə təmsilçiliyinin genişlənməsi, həm də respublikada ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar dövlət aparatının təkmilləşdirilməsinin aktuallığının artması vitse-prezidentlik institutunun yaradılmasını gündəmə gətirib. Onun sözlərinə görə, birinci vitse-prezident və vitse-prezidentlər ayrı-ayrı sahələrə rəhbərlik etməklə yanaşı, həmçinin Prezidentin tapşırığı əsasında dövlət əhəmiyyətli beynəlxalq sənədlərin imzalanması və digər məsələlərdə də yaxından iştirak edəcəklər.
Seçkilərdə yaş həddi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına da münasibət bildirən S.Novruzov bu dəyişikliyin nədən irəli gəlməsinə də aydınlıq gətirib: “Bilirsiniz ki, bizdə müxtəlif yaş hədləri müəyyənləşdirilib və bu yaş hədləri ilə əlaqədar seçkilərdə iştirak məsələsi ortaya çıxır. Biz istəyirik ki, seçmək və seçilmək hüququ olan insan, Konstitusiya tərəfindən bu hüquq verilmiş şəxs heç bir məhdudiyyətlə rastlaşmasın. Belə hallar dünyanın bir çox ölkələrində, demək olar ki, ümumiyyətlə, mövcud deyil”.
Onun sözlərinə görə, məhdudiyyəti götürməklə 5 milyondan çox insana bütün seçkilərdə namizəd kimi iştirak etməyə şərait yaradılır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37

