/ / Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu region üçün ciddi təhlükədir
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu region üçün ciddi təhlükədir
16.07.2016 [09:40]
Ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qardaş xalqlarımızın iradəsinə, habelə dil, mədəniyyət, ənənələr və tarix kimi ortaq dəyərlərimizə əsaslanan Azərbaycan-Türkiyə siyasi əlaqələrinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyi qeyd olunub.
Tərəflər dövlətlərimizin başçılarının dostluğu və qarşılıqlı səfərləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 25-26-da Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 22-24-də Dünya Humanitar Sammitində iştirakla əlaqədar İstanbula səfərini xüsusilə vurğulayıblar.
Nazirlər qeyd ediblər ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülhün və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. Həmçinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da inkişaf etdiyi diqqətə çatdırılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib. Qeyd edilib ki, Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor atom elektrik stansiyası və ondan qaynaqlanan nüvə və radioaktiv materialların qaçaqmalçılığı halları regionu nüvə təhlükəsi ilə üzbəüz qoyur.
Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin təmin olunması əsasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.
Hər iki tərəf terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qınayıblar. Nazir Elmar Məmmədyarov fürsətdən istifadə edərək son terror aktlarında həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verib və onların kədərini bölüşdüyümüzü bildirib.
Görüşdə, həmçinin Azərbaycan ilə Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində faydalı əməkdaşlığın davam etdiyi, iki ölkənin Silahlı Qüvvələri tərəfindən mütəmadi əsasda birgə təlimlərin keçirildiyi qeyd olunub. Tərəflər beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycan və Türkiyə əsgərlərinin digər tərəfdaşlarla birlikdə sülh və sabitlik naminə çiyin-çiyinə xidmət etdiyini də vurğulayıblar.
Nazirlər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcudluğunu, o cümlədən 200-dən artıq müxtəlif ikitərəfli sənədin imzalandığını diqqətə çatdırıblar.
Görüşdə məmnunluqla qeyd olunub ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək və birgə səyləri davam etdirirlər.
Xarici işlər nazirləri Azərbaycanın və Türkiyənin təşəbbüsü və birgə səyləri ilə həyata keçirilən regional nəqliyyat infrastruktur və enerji layihələrinin bölgədə və onun hüdudlarından kənarda inkişafa və çiçəklənməyə mühüm töhfə verdiyini, bu xüsusda Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaxın müddətdə istismara veriləcəyini bildiriblər.
Tərəflər parlamentlərarası diplomatiyanın əlaqələrimizdə xüsusi çəkisinə toxunaraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun uğurlu fəaliyyətini nəzərdən keçiriblər.
Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların məbləğinə görə Türkiyənin birinci yer tutduğu qeyd olunub. Təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2018-ci ilədək Türkiyəyə 18 milyard ABŞ dolları həcmində sərmayə qoyulmasının nəzərdə tutulduğu, Azərbaycanda 2400-dən artıq Türkiyə şirkətinin, qardaş ölkədə isə 1000-dən artıq Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi vurğulanıb. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının vacib rolu qeyd olunub.
Elm, mədəniyyət, təhsil və tələbə mübadiləsi sahələrində də əməkdaşlığın uğurla inkişaf etdiyini deyən nazirlər ikitərəfli mədəni əlaqələrin və ortaq türk mədəniyyətinin inkişafında TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın xüsusi rolunu da vurğulayıblar.
Görüşdən sonra nazirlər E.Məmmədyarov və M.Çavuşoğlu jurnalistlər üçün birgə mətbuat konfransı keçiriblər.
Həmkarına Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verdiyini vurğulayan nazir E.Məmmədyarov deyib ki, Türkiyə regionun qabaqcıl və ATƏT-in Minsk qrupunun üzv ölkəsi kimi, bu münaqişənin nizamlanması ətrafındakı hadisələr barədə məlumatlı olmalıdır.
M.Çavuşoğlu Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu həll edilməsinin tərəfdarı olduğunu qeyd edib. O, Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50

