Strasburqda Azərbaycanın Avropa İttifaqı Proqramında iştirakı üzrə protokol qəbul olunub
09.07.2016 [11:09]
Azərbaycanın Avropa İttifaqının proqramlarında iştirakı üzrə Protokol ötən gün Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyası çərçivəsində müzakirə olunub və səsverməyə çıxarılıb.
Bu barədə AZƏRTAC-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Onun sözlərinə görə səsvermə nəticəsində Protokol əksər səs çoxluğu ilə qəbul olunub. 695 deputatın iştirak etdiyi səsvermədə 577 avropalı deputat sənədin lehinə, 67 əleyhinə səs verib, 51 deputat isə bitərəf qalıb.
Beləliklə Azərbaycan ilə Avropa İttifaqı arasında ölkəmizin ittifaqın proqramlarında iştirakı üzrə Protokolun icrası ilə bağlı Avropa Parlamenti Avropa Komissiyasına səlahiyyət verib.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında ölkəmizin İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin Protokolu 2014-cü il iyunun 14-də Avropa Komissiyasının həmin dövrdəki sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri çərçivəsində imzalanmışdır. Sənədin 2015-ci ilin sonlarında təsdiq edilməsi nəzərdə tutulurdu, lakin 2015-ci il sentyabrın 10-da AP-nin Azərbaycanla bağlı qəbul etdiyi məlum qətnamədən sonra bu qurumla Milli Məclis arasında münasibətlərin kəskin pisləşməsi nəticəsində sənədin müzakirəsi və səsverməsi qeyri-müəyyən vaxta təxirə salınmışdır.
Cari ilin aprel ayında Avropa Parlamentinin Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri xanım Heydi Hautalanın Azərbaycana səfəri və səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr, daha sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brok, həmçinin Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Sayyad Kərim ilə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov arasında baş tutan diplomatik yazışmalar nəticəsində, həmçinin Avropa Parlamentinin ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriqulenin cari ilin iyunun 2 və 3-də Azərbaycana səfəri və səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr AP ilə Milli Məclis arasında münasibətlərin bərpa olunmasına dair dialoqa start vermişdir.
Müzakirəsi və təsdiqlənməsi qeyri-müəyyən müddətə təxirə salınan bu Protokolun indiki mərhələdə qəbul olunması da məhz bu dialoqun başlanması və AP-nin bu dialoqa töhfə vermək istəyi ilə bağlıdır. Protokol plenar sessiyaya göndərilməzdən əvvəl cari il iyunun 14-də AP-nin Xarici Əlaqələr Komitəsində müzakirə olunub və səsverməyə çıxarılıb. Səsvermədə sənədin lehinə 51, əleyhinə 5 nəfər səs verib, 2 nəfər isə bitərəf qalıb. Protokol səs çoxluğu ilə qəbul edilərək plenar sessiyaya tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

