Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə İspaniya arasında hərbi tibb sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan ilə İspaniya arasında hərbi tibb sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

06.07.2016 [10:07]

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə İspaniyada səfərdədir.
Səfər çərçivəsində K.Yusifzadə Navarra Universiteti Klinikasının direktoru Roberto Lapieza ilə görüşüb. Görüş zamanı klinikanın direktoruna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib. Aprel döyüşləri zamanı yaralananların müalicəsi üçün görülən tədbirlərdən danışan K.Yusifzadə hərbi travma və səhra cərrahiyyəsindəki zəngin təcrübədən söhbət açıb.
Səfər zamanı Navarra Universitetinin klinikasında həkimlərlə görüş keçirilib, rəhbərliklə tibb sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev də iştirak edib.
Kənan Yusifzadənin səfər çərçivəsində Navarra vilayətinin rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30