Eldar İbrahimov: Ermənistanın başqa yolu yoxdur
24.06.2016 [10:07]
“Hər birimizin ən böyük arzusu Qarabağ probleminin nəhayət, çox yaxın zamanlarda sülh və və danışıqlar yoluyla ədalətli həllini tapmasıdır”. Bu fikri Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, işğala, təcavüzə, haqsızlığa məruz qalan ölkə olsaq da, hər zaman sülhpərvərlik mövqeyindən çıxış etmişik. Lakin Azərbaycanın bu xoşməramlı, sülpərvər mövqeyi təcazükar Ermənistan dövləti və rəhbərliyi tərəfindən düzgün qiymətləndirilməyib, münaqişənin həllində daim qeyri-konstruktivlik nümayiş etdirilib, stastus-kvo dəyişilməyib.
“Münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutu da ötən 24 il ərzində istənilən fəaliyyəti ortaya qoymayıb, yaxud, qoymaq istəməyib. Əksər hallarda isə hətta, vasitəçilik missiyasına daban-dabana zidd mövqedən çıxış edilib, təcavüzkara, işğalçıya təzyiq-təsir göstərmək, onu yerində oturtmaq əvəzinə, Azərbaycanı güzəştə getməyə məcbur etməyə cəhd göstərilib, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmayıb. Onların bu mövqeyi də haqlı olaraq zaman-zaman Azərbaycan Prezidenti, ölkə rəhbərliyi, bütövlükdə, ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb. Artıq hadisələrin gedişatı onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də, Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər. Sevindirici bir məqam da odur ki, artıq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Ermənistan da bunu qəbul etmək, anlamaq, hesaba almaq məcburiyyətindədir. Çünki Ermənistanın bunu qəbul etməkdən, konsrtiktiv mövqeyə gəlməkdən başqa yolu qalmır. Aprel əməliyyatları və ondan sonra yaşananlar Ermənistana acı ibrət dərsi oldu və olmalıdır. Onlar nəhayət, anlamaq məcburiyyətindədirlər ki, artıq nə beynəlxalq birliyin, nə də Azərbaycan xalqının səbri qalıb. Odur ki, Ermənistan ya yenidən müharibə variantına getməli, bu isə onlar üçün bütövlükdə və birdəfəlik məhv deməkdir, ya da münaqişənin həllində konstriktivlik nümayiş etdirməlidir. Onların başqa yolu yoxdur, gec-tez konstruktiv mövqeyə gəlmək, münaqişənin ədalətli həllinə razılıq vermək məcburiyyətindədirlər. Artıq Sankt-Peterburq görüşündən sonra da bunun ilkin işartıları görünməkdədir. İnanmaq istəyirəm ki, nəhayət, gözləntilərimiz baş tutacaq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, xüsusilə də, Rusiyanın ciddi səyləri nəticəsində Ermənistanı təcavüzkarlıq, qeyri-konstruktivlik mövqeyindən çəkindirmək və sülhə razı salmaq mümkün olacaq. Yəni, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin apardığı səbrli, prqamatik, düşünülmüş siyasət öz müsbət nəticəsini verəcək” - deyə, E.İbrahimov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18

