Bəhruz Quliyev: Azərbaycan yeni bir tarix yazdı
22.06.2016 [10:12]
“Ümumiyyətlə, Azərbaycanda keçirilən dünya miqyaslı Formula-1 yarışı tək idman tədbiri deyil, eyni zamanda böyük ictimai hadisədir. Mən bu yarışa həm də tarixi, siyasi, mədəni, sosial hadisə kimi baxıram. Çünki ölkəmizdə keçirilən yarışlar həm də bu kimi amilləri özündə təcəssüm etdirir”. Bunu SİA-ya “SƏS” Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
Media Qrupun rəhbərinin sözlərinə görə, Formula-1 yarışına tarixi aspektdən yanaşanda həm dünya, həm də Azərbaycan tarixində faktiki olaraq ilk dəfədir ki, Azərbaycanda belə bir yarış keçirildi: “Yəni bu yarışın ölkəmizdə keçirilməsi ilə Azərbaycan bir tarix yazdı. Baxmayaraq ki, Azərbaycan bir neçə dəfə Avropa miqyaslı, hətta dünya miqyaslı idman və digər yönümlü tədbirlərə ev sahibliyi edib. Gəlin görək, Formula-1 Avropa Qran Prisinin ölkəmiz üçün tarixi əhəmiyyəti nədən ibarətdir? Birincisi, bu yarışın ölkəmizdə keçirilməsi ilə sözün həqiqi mənasında Azərbaycan tarixində yeni bir səhifə yazıldı. İkincisi, Formula-1 yarışı ictimai və siyasi cəhətdən bir hadisə oldu. Beynəlxalq təşkilatlar hər ölkənin müraciətini qəbul etmir. Çünki təşkilatçılıq işi yüksək tələblərə cavab verməlidir. İlk növbədə həmin ölkənin mədəniyyəti, tarixi, tursitlərin öz vaxtını keçirmək üçün müvafiq infrastrukturu, eləcə də yarışların təhlükəsizliyi vacib şərtlərdən biri kimi götürülür. Təbii ki, Azərbaycanın da müraciəti böyük məmnuniyyətlə qəbul edildi”.
B.Quliyev hesab edir ki, artıq dünya Azərbaycanı ictimai, siyasi sabit ölkə kimi tanıyır: “Bu baxımdan Formula-1 kimi yarışların ölkəmizdə keçirilməsi eyni zamanda Azərbaycanın siyasi kontekstdə inkişafının bariz nümunələrindən sayılır. Ona görə də mən bu yarışa həm də siyasi hadisə kimi baxıram. Bununla belə qeyd etmək istərdim ki, hər bir idmançı öz dövlətinin bayrağını qaldırırsa, öz dövlətini təmsil edirsə deməli bu elə siyasətdir. Bildiyiniz kimi Formula-1 fərqli bir yarışdır. Statistikaya görə, Azərbaycanda keçirilən bu yarışın 187 ölkədən 500 milyon izləyicisi olub. Bu izləyicilərin bir qisminin ölkəmizə gəlməsi isə Azərbaycanın artıq dünyada öz sözünü demiş dövlət olduğuna işarədir”.
B.Quliyev rəsmisi deyib ki, bu yarış eyni zamanda mədəni tədbirdir: “Burada Azərbaycan öz mədəniyyətini ortaya qoyur. Məsələn, Formula-1 yarışında Azərbaycanın adət-ənənəsi, əsrlərdən bəri axıb gələn ənənəvi mədəniyyəti qonaqlara təqdim olunur. Bu yarışla Azərbaycan dünyaya yenidən təqdim olundu. Məhz təbliğatın nəticəsi idi ki, son dövrlərdə yarışa gələn turistlərin sayı qədər indiyədək Azərbaycana kütləvi şəkildə turist gəlməmişdi. Təbii ki, bu onu göstərir ki, siyasi tədbirlər eyni zamanda mədəni kütləvi tədbirdir. Yəni burada həm ölkənin malik olduğu mədəniyyət və turizm resurları, istirahət, əyləncə mərkəzləri, həm də müasirliyi, qədimliyi təqdim olunur. Yəni bir tərəfdən ölkə yenidən təqdim olunursa, digər tərəfdən yeni-yeni qonaqlar, turistlər Azərbaycana öz istəkləri ilə gəlirlər”.
B.Quliyev bildirib ki, son dövrlərdə Azərbaycanda keçirilən kütləvi tədbirlərdə, o cümlədən Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi, İlk Avropa Oyunları, Formula-1 yarışında hər bir Azərbaycan vətəndaşı bu yarışların keçirilməsində bilavasitə iştirakçı olur: “Əgər hər bir azərbaycanlı ölkəmizə gələn qonağı küçədə, şəhərin müxtəlif yerlərdə qarşılayıb mədəni şəkildə yola sala bilirsə, turistə diqqət, qayğı göstərirsə, bununla Azərbaycanın qonaqpərvərliyini ortaya qoyur. Bu tədbirlərdə könüllülər xüsusilə daha çox fəallıq nümayiş etdirdilər. Bu bir daha göstərdi ki, Azərbaycanda könüllü şəkildə dövlət tədbirinə yardım edən bir qüvvə var. Eyni zamanda milli mənafe uğrunda, ümummilli məsələlərdə, ümumxalq məsələlərində gənclik enerjisi daim dövlətin, dövlətçiliyin yanındadır. Ona görə də bu məsələlərdə könüllülərin xidmətini xüsusilə qiymətləndirmək lazımdır. Bildiyiniz kimi 2017-ci ildə Türkmənistanda ilk Asiya Oyunları keçiriləcək. Artıq Türkmənistan dövləti Azərbaycan könüllülərinin təcrübəsini öyrənmək məqsədilə dəfələrlə ölkəmizə səfərlər ediblər. Təbii ki, bu onu göstərir ki, Azərbaycan bu sahədə də yeni model ortaya qoyub. Ölkəmizin bu təcrübəsi artıq dünyada öyrənilməkdədir. Təsadüfi deyil ki, Formula-1 yarışına Türkmənistandan 15 nəfərə yaxın könüllü qrup gəlmişdi”.
Formula-1 yarışın iqtisadi tərəflərinə gəlincə, Bəhruz Quliyev əlavə edib ki, hər bir tədbirin iqtisadi dividendi var: “Xüsusilə ölkəmizdə keçirilən Formula-1 Avropa Qran Piri yarışlarının dövlətimiz üçün böyük dividendi oldu. Məsələn, xeyli sayda turist Azərbaycanda bir neçə gün qaldı və ölkəmizi gəzdi. Bütün bunlar Azərbaycana iqtisadi dividend gətirdi. Dövlətin əsas prioritet istiqamətlərindən biri də qeyri-neft sektorunun inkişafıdır. Təbii ki, bunun bir qolu da məhz turizmlə bağlıdır. Hətta qeyd edərdim ki, Formula-1 yarışının son mükafalandırma mərasimində Azərbaycan Prezidentinin Öz ailəsi ilə həm yarışı izləməsi, həm də qaliblərin mükafatlandırılma mərasimində iştirakı göstərdi ki, Azərbaycanda idman ruhu çox yüksəkdir. Hesab edirəm ki, bundan ruhlanan Azərbaycan idmançıları da daim ölkəmizin bayrağını bütün tədbirlərdə yüksəltmək üçün öz güclərini səfərbər edəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

