/ / Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Milli Qurtuluş Gününə dair konfrans keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Milli Qurtuluş Gününə dair konfrans keçirilib
16.06.2016 [09:27]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Sonra Akademiyanın akt zalında işə başlayan elmi-praktik konfransda Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.
Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını, o cümlədən Akademiyanın müəllimlərini, dinləyiciləri və kursantları, eləcə də təhlükəsizlik orqanlarının veteranlarını təbrik edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxışında bildirib ki, müasir tariximizdə 15 iyun xalqımızın taleyini, onun gələcəyini müəyyənləşdirən çox əlamətdar gündür. Çağdaş yaddaşımızın ən mürəkkəb və ağrılı bir dövründə xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövlətimizi siyasi iflasdan, Vətənimizi parçalanmaqdan, respublikamızı yenidən əsarət altına düşməkdən xilas etdi. Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqilliyi əldə etmək böyük nailiyyətdir, lakin onu qoruyub saxlamaq, yaşatmaq daha çətin və şərəflidir”. Təcrübəli, uzaqgörən və müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində böyük, ulu bir millətin oyanışı, özünəqayıdışı, ən başlıcası - Qurtuluşu idi. Biz fəxr edirik ki, Heydər Əliyev epoxasının müasirləri və onun məktəbinin yetirmələriyik. Bu, həm böyük iftixar, həm də yüksək məsuliyyət deməkdir. Bütün fəaliyyətimiz Ümummilli liderin ideyaları üzərində qurulmalıdır.
Qeyd olunub ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi siyasətini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Prezident İlham Əliyevin düşünülmüş, praqmatik, müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, özünün 25 illik müstəqilliyini qeyd etməyə hazırlaşan Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada ildən-ilə artır.
Diqqətə çatdırılıb ki, bu ilin aprelində düşmənin təxribatlarının qarşısının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə layiqincə alınması, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi yüksək döyüş əzmi, həyata keçirdiyi peşəkar və uğurlu hərbi əməliyyatlar və əldə olunan qələbə bir daha dövlətimizin qüdrətini, gücünü bariz şəkildə nümayiş etdirib.
DTX rəisi qurumun şəxsi heyətinin Ali Baş Komandanın müstəqil və güclü Azərbaycan naminə, dövlət maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasət xəttinin uğurla həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Akademiyanın müəllimləri, dinləyici və kursantları, həmçinin Ümummilli lider Heydər Əliyevin şanlı məktəbinin yetirmələri olan veteranlar Azərbaycanın bu gününün və gələcəyinin təməli - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məruzələrlə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1993-cü ilin 15 iyun günü müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan Respublikasının taleyində mühüm mərhələnin başlanğıcı, dönüş nöqtəsidir. Dahi rəhbərimiz Heydər Əliyevin gərgin zəhməti, möhkəm siyasi iradə və zəngin idarəetmə təcrübəsi sayəsində reallaşdırdığı nəhəng işlər miqyasına görə insanı heyrətə gətirir. Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı vətəndaş müharibəsi uçurumuna yuvarlanmaq, xaos və iqtisadi böhran girdabına düşmək, müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtularaq, müasir, demokratik dövlət quruculuğu, hərtərəfli inkişaf yoluna qədəm qoydu. Böyük düha sahibi olan Heydər Əliyev xalqını işıqlı gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, dövlətimizi yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail oldu, hazırda regionun lider dövlətinə çevrilən Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Qeyd olunub ki, bu gün Heydər Əliyevin azərbaycançılıq irsi etibarlı əllərdədir. Müstəqil Azərbaycan Respublikası Ulu öndərin müəyyənləşdirdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Bütün bunlar Ümummilli liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə və inamla həyata keçirilən müasirləşmə və yeniləşmə xəttinin möhtəşəm təntənəsidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

