Azərbaycan Çin ilə strateji tərəfdaşlığın daha da inkişaf etməsində maraqlıdır
02.06.2016 [10:05]
İyunun 1-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Çin arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin səviyyəsini yüksək qiymətləndirən, qarşılıqlı fəaliyyətin bütün mərhələlərində Azərbaycana daim dəstək göstərdiyinə görə Çin rəhbərliyinə təşəkkür edən Artur Rasizadə deyib: “Çin xalqının böyük nailiyyətləri bizi çox sevindirir. Bu nailiyyətlər sayəsində Çin dünyanın aparıcı ölkəsinə çevrilib. Çin Xalq Respublikasının göstəriciləri ilə tanış olarkən dostlarımıza görə qürur hissi keçiririk”.
Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Artur Rasizadə bildirib ki, bu münasibətlər bütün səviyyələrdə daimi əlaqələrə əsaslanır. “Münasibətlərimiz strateji səviyyəyə çatıb. Biz onların saxlanılmasında və daha da inkişaf etdirilməsində çox maraqlıyıq” - deyən Baş nazir əmin olduğunu bildirib ki, Çin nümayəndə heyətinin bu səfəri ölkələrimiz arasında ikitərəfli strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
Ölkə iqtisadiyyatının sürətli inkişafından danışan A.Rasizadə energetika sahəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələri, Yeni İpək Yolu çərçivəsindəki layihələri xüsusi qeyd edib. Baş nazir deyib: “Biz Çin Xalq Respublikasının təşəbbüsü olan bu möhtəşəm layihənin etibarlı vəsiləsi olmaq üçün hər cür səy göstərəcəyik”.
Neft layihələrinin həyata keçirilməsindən əldə olunan vəsaitin infrastrukturun inkişafına yönəldilməsi barədə məlumat verən A.Rasizadə deyib ki, hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir. Baş nazir Çin sərmayədarlarını Azərbaycanın qeyri-neft sektorunun inkişafında iştiraka dəvət edərək vurğulayıb ki, mövcud infrastruktur bu sektoru inkişaf etdirməyə imkan verir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini, çoxlu sayda qaçqın və məcburi köçkünün olduğunu xatırladan Baş nazir deyib: “Münaqişənin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllində biz hamıdan çox maraqlıyıq. Təəssüf ki, qarşı tərəfin mövqeyi buna mane olur. Zəmanəmizdə separatizm bütün dünyaya təhlükədir”.
Baş nazir əmin olduğunu bildirib ki, bu səfər Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın inkişafına yeni təkan verəcək.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli bildirib ki, Bakıya ilk dəfədir gəlir. Simasında tarixiliyin və müasirliyin harmoniyasını gördüyü Bakının gözəlliyi onda güclü təəssürat oyadıb. Səmimi qəbula və gözəl təşkilatçılığa görə Azərbaycan Prezidentinə, Baş nazirə və Azərbaycan Hökumətinə təşəkkür edən qonaq deyib: “Çin hökuməti bütün sahələrdə Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir”.
Qonaq Çin ilə Azərbaycan arasında əməkdaşlığın gələcəyi, iqtisadi-ticari əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Çin Milli Neft Korporasiyası arasında neft-qaz və neft-kimya sektorlarında əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Vang Şi Honq imzalayıblar.
Sonra Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədi Azərbaycan Respublikasının Baş nazirinin müavini Abid Şərifov və Çinin Kommersiya Nazirliyinin beynəlxalq ticari danışıqlarda nümayəndəsi, kommersiya nazirinin müavini Cun Şan imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

