Gəncənin uğuru Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısının nəticəsidir
24.05.2016 [10:08]
Strasburqda Avropa Parlamentində Avropa gənclərinin ikinci toplantısı (EYE 2016) keçirilib. “Birlikdə hər şeyi dəyişə bilərik” devizi altında təşkil olunan toplantıda avropalı deputatlar və digər siyasətçilərlə keçirilən müzakirələrdə və seminarlarda 39 ölkədən gələn 7500 gəncə öz fikirlərini bildirmək imkanı yaradılıb.
Tədbirdə Azərbaycan “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycanlı gənclər Avropa Parlamentində təşkil edilmiş sessiyalarda çıxış edib və Azərbaycan stendində tariximiz, mədəniyyətimiz, ölkəmizdə aparılan gənclər siyasəti və Gəncə şəhəri haqqında məlumat veriblər.
“Gəncə Avropa Gənclər Paytaxtı -2016” İctimai Birliyinin sədri Elmir Vəliyev sessiyada Gəncənin bu ada layiq görülməsi ilə fəxr etdiyini bildirib. O qeyd edib ki, bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının, ümumiyyətlə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir.
E.Vəliyev ölkəmizdə gənclərin imkan və bacarıqlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, əlamətdar hadisə ilə bağlı Gəncədə gənclərin səmərəli fəaliyyəti üçün yeni infrastrukturlar yaradılıb, asudə vaxtlarının maraqlı keçməsi üçün park salınıb, sosial-mədəni obyektlər istifadəyə verilib, yeni layihələr həyata keçirilib.
Gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən E.Vəliyev Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsinin şəhərin gəncləri üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, bir il müddətində azərbaycanlı gənclər həyata keçirəcəkləri proqram və layihələr haqqında məlumatları avropalı həmyaşıdları ilə bölüşə biləcəklər.
Azərbaycan Gənclər Fondunun beynəlxalq və yerli layihələrə dəstəyindən, gənclər siyasətində, eləcə də cəmiyyətdə baş verən proseslərdə gənclərin iştirakının vacibliyindən danışan E.Vəliyev “Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsi üçün yeni prioritet kateqoriyalar irəli sürüldüyünü söyləyib.
Bildirilib ki, hazırda “Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsində 300-dən çox könüllü çalışır və onların sıraları gündən-günə genişlənir.
O, iştirakçıları Avropa Gənclər Paytaxtında həyata keçirilən layihələri izləməyə, Azərbaycana səfər etməyə və gənclər siyasəti sahəsində maraqlı təcrübələri bölüşməyə çağırıb.
Tədbir çərçivəsində Avropa Parlamentinin həyətində Avropa gənclərinin ikinci toplantısında (EYE 2016) iştirak edən gənclər ölkələrinin pavilyonlarını təşkil ediblər.
“Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin təşkil etdiyi pavilyonda ziyarətçilərə Azərbaycanda gənclər siyasəti, Gəncə şəhərinin tarixi, orada gənclər üçün yaradılan imkanlar, bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verilib. Üzərində “Gəncə Avropa Gənclər Paytaxtı-2016” yazılan köynək, çanta, fincan, bloknot ziyarətçilərə hədiyyə edilib. Azərbaycanlı gənclər “Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsi çərçivəsində keçirilən tədbirlərə qatılan ziyarətçiləri Gəncəyə dəvət ediblər.
Xəbər lenti
Hamısına baxİdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54

