“Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” kitabının təqdimatı olub
07.05.2016 [09:29]
Ötən ilin dekabr ayında Səbail rayon İcra Hakimiyyətində (RİH) keçirilmiş “Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda “dəyirmi masa”nın yekunları ilə bağlı buradakı çıxışların əsasında kitab hazırlanması qərara alınmışdı. Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Səbail RİH və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə hazırladığı “Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” adlı kitab işıq üzü görüb.
Rayon rəhbərliyinin, dövlət qurumlarının təmsilçilərinin, Milli Məclisin deputatlarının, elm, təhsil, incəsənət və din xadimlərinin, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının nümayəndələrinin iştirakı ilə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində kitabın təqdimat mərasimi keçirilib.
Əvvəlcə qonaqlar muzeyin foyesində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi ilə tanış olublar.
Nəşrdə Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən, Azərbaycanın son 30 il ərzində əldə etdiyi iqtisadi, siyasi inkişaf aspektlərindən, ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətdən, xalq təsərrüfatının bütün istiqamətlərində, ordu quruculuğu, elm, təhsil, mədəniyyət və digər sahələrdə əldə olunan uğurlardan, Ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi işlərdən bəhs edən məqalələr və xeyli sayda fotoşəkillər toplanıb.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu öz əhəmiyyəti ilə heç nə ilə müqayisə oluna bilməz. Ona görə də Ümummilli liderin əsasını qoyduğu, bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilən siyasəti öyrənib təbliğ etmək vacib məsələdir. Bu baxımdan “Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” kitabının nəşri mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Onun ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlərə, Ümummilli lider tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin inkişaf etdirdiyi siyasətin uğurlarına və perspektivlərinə həsr olunan məqalələrin toplandığı kitabın əhəmiyyəti, onun gələcək nəslin maarifləndirilməsi istiqamətindəki rolundan danışıblar.
Çıxışlarda bu kitabın ilk olduğu və gələcəkdə də bu seriyadan olan digər kitabların çap etdiriləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

