Mersində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
07.05.2016 [09:28]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda, dahi şəxsiyyətin adını daşıyan parkda tədbir keçirilib.
Ulu öndər Heydər Əliyevlə bağlı birgə tədbirlərin təşkil edilməsi ilə əlaqədar Bakının Xətai və Mersinin Tarsus rayonları arasındakı qardaşlaşmış şəhərlər formatı çərçivəsində əməkdaşlıq artıq ənənəyə çevrilib.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Fuad Muradov, Xətai bələdiyyəsinin rəhbəri Əliyar Əliyev, Mersin və Tarsusun hakimiyyət orqanlarının rəhbərləri, ziyalılar və məktəblilərin qatıldıqları tədbir türk dünyasının iki dahi şəxsiyyəti - Heydər Əliyev və Mustafa Kamal Atatürk, Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Mersin bələdiyyəsinin sədri Burhanəddin Kocamaz bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, güclənməsi, ölkənin Türkiyə ilə münasibətlərinin inkişafı və digər sahələrdəki misilsiz xidmətləri Azərbaycanda olduğu kimi, qardaş ölkədə də ehtiramla qeyd edilir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd edib ki, Ulu öndərin müəyyən etdiyi siyasi kurs, o cümlədən qardaş Türkiyə ilə münasibətlər sahəsindəki strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu münasibətlər ölkələrimizin müxtəlif şəhərləri arasında da davam etdirilir. Bunun bariz nümunəsi isə Tarsusda Ulu öndərin adını daşıyan parkın salınması, körpünün tikilməsi və Ümummilli liderin abidəsinin ucaldılmasıdır. Ona görə də türk dünyasının hər iki böyük şəxsiyyətinin xatirəsi həmişə insanlarımızın qəlbində yaşayacaq.
Milli Məclisin deputatları Fuad Muradov, Hüseynbala Mirələmov, Tarsus bələdiyyəsinin sədri Şövkət Can qeyd ediblər ki, dahi şəxsiyyətin təşəbbüsü ilə həyata keçirilən strateji layihələr bu gün böyük bir regionun həyatında, xalqların maddi rifahının yaxşılaşmasında mühüm rol oynayır.
Tədbirdə yerli uşaq rəqs qrupunun çıxışı maraqla izlənilib.
Daha sonra qonaqlar Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Onun xatirəsinə ucaldılmış heykəlin önünə tər çiçəklər düzüb, dahi şəxsiyyətin xatirəsini bir daha ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin xatirəsinin anılması ilə bağlı tədbirlər Tarsusun təhsil müəssisələrində də təşkil edilib.
Şəhərin nüfuzlu tədris müəssisələrindən olan Kampus Kollecinin şagirdləri Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərini qarşılayıblar. Şagirdlər Azərbaycanla bağlı şeirlər oxuyublar.
Təhsil ocağında Heydər Əliyevin Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına verdiyi misilsiz töhfələrdən danışılıb, bu tədris müəssisəsinin Xətai rayonundakı orta məktəblərdən biri ilə qardaşlaşması haqqında ilkin razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56

