Bahar Muradova: Azərbaycan öz vəzifələrini və öhdəliklərini lazımi səviyyədə yerinə yetirir
30.04.2016 [09:30]
“Azərbaycan heç kimə sübut etməli deyil ki, bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir”. Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin dünən keçirilən iclasında deyib.
B.Muradova bildirib ki, hər bir ölkənin vəzifə və öhdəlikləri var. Onun sözlərinə görə, dövlətlərin iqtidarının ilk öhdəliyi xalqın təhlükəsizliyini təmin etməkdir. Azərbaycanın öz vəzifələrini və öhdəliklərini lazımi səviyyədə yerinə yetirdiyini deyən vitse-spiker qeyd edib ki, təkcə ölkədə deyil, eləcə də beynəlxalq aləmdə reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir.
“Bəzi hallarda onun ifadə, təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi hiss etməkdəyik. Bunu bizə iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar deyir. Xalqın özünə qayıtmış inamı, gücü əsas məsələdir. Belə olan halda, qarşıya qoyulan hədəflərə daha asan çatmaq olur. Cəbhə xəttində baş verən son hadisələrdə bunu bariz şəkildə görmək olar. Bu, təbii ki, orduya, dövlətə olan inamdır”, - deyən B.Muradovanın fikrincə, Azərbaycandan beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır. O deyib ki, biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli şəkildə təmin olunmasının tərəfdarıyıq. “Təbii ki, bunun içərisində Azərbaycanın milli maraqları da var. Bu sahədə olan fəaliyyətimizi daha da genişləndirməliyik. Bu məsələdə mətbuatın da üzərinə ciddi vəzifə düşür. Azərbaycan ordusu haqda məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır. Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, hərbçilərimizlə görüşək. Bunları edə bilərik, amma bəlkə də bu günün vəzifəsi deyil. Düşünürəm ki, gücümüz çatan işlərlə məşğul olmalıyıq”, - deyə vitse-spiker vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

