/ / Mübariz Qurbanlı: Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir
Mübariz Qurbanlı: Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir
29.04.2016 [10:06]
“Multikulturalizm və tolerantlıq bir-birinə oxşar dəyərlərdir. Lakin multikulturalizmin özünəməxsus xüsusiyyətləri var. Multikulturalizm müxtəlif mədəniyyətlərin bir arada dinc şəraitdə yaşamasının təmin edilməsidir. Əlbəttə, multikulturalizm dünyanın müxtəlif bölgələrində də var. Lakin biri var multikulturalizmi nəzəri olaraq mənimsəyəsən, biri də var ki, praktikada həyata keçirəsən. Azərbaycan multikulturalizmin praktikada tətbiq edildiyi ölkələrdəndir. Öz qanunlarında multikulturalizmi təsbit edən dövlətlərdəndir”. Bu sözləri Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan-25: multikulturalizm və tolerantlığa nümunə ölkə” mövzusunda keçirilən konfransda söyləyib.
O bildirib ki, bizim multikulturalizm nümunəmiz özünü bir də onda göstərir ki, bu gün dünyanın 13 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Azərbaycanda multikulturalizmə dövlət səviyyəsində diqqətin sayəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dünyanın heç bir yerində bu formada mərkəz yaradılmayıb. Azərbaycan burada da gözəl nümunə ortaya qoyub. Yəni, biz multikulturalizmi yalnız öz coğrafiyamızda, ərazimizdə, ölkəmizdə tətbiq etməklə işimizi bitmiş saymırıq. Biz multikulturalizm ideyasının bütün dünyada daha geniş yayılması üçün geniş fəaliyyət göstəririk, tədqiqat işləri aparırıq. Eyni zamanda, qeyri-hökumət təşkilatları vasitəsilə çoxlu sayda layihələr həyata keçirilir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir.
Multikulturalizm kimi bəşəri dəyərlərə Azərbaycanın münasibətinin beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə də özünü göstərdiyini vurğulayan Mübariz Qurbanlı Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynamasının daha da aktuallıq kəsb etdiyini bildirib. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilməlidir.
Komitə sədri bildirib ki, məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik, bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Çünki tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyət multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə dünya gündəmində aktuallaşdırmışdır.
Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi Azərbaycan gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.
Ölkə rəhbərinin birbaşa diqqəti və nəzarəti ilə multikultural mühitin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görülən davamlı işlərin sistemliliyini və mütəşəkkilliyini artırmaq baxımından 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı sərəncamı xüsusi əhəmiyyətə malik təşəbbüs olaraq qeyd edilməklə yanaşı, dünya ictimaiyyətinə insan amilini, bəşəri dəyərləri bütün fəaliyyətlərin fövqündə tutan Azərbaycan Respublikasının bir mesajı kimi də dəyərləndirilə bilər.
Multikutural və tolerant dəyərlərin ümumbəşəri xarakter daşıdığını söyləyən Mübariz Qurbanlı çıxışında vurğulayıb ki, biz də Azərbaycanda bu dəyərləri qorumalı və təbliğ etməliyik. Ziyalılarımız, din xadimlərimiz cəmiyyətimizdə həm etnoslar, həm də dinlərarası tolerant münasibətlərin inkişafı üçün çalışmalıdırlar. Bu, ailədə başlamalı, məktəbdə davam etdirilməlidir. Cəmiyyət Azərbaycanın milli marağına, milli və dini birliyimizə ziyan vurmaq istəyənlərə qarşı ictimai qınaq yaratmalıdır. Belə tədbirlərdə də əsas məqsədlərimizdən biri bu fikirləri sizin diqqətinizə çatdırmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

