Erməni dəstəyi və pulu ilə qidalanan ekspert birliyi
05.04.2016 [10:23]
Hazırda “qaynar müharibə”ni uduzan, işğal edilmiş əraziləri, nüfuzunu, siyasi təsirini və hakimiyyətini itirən Ermənistan rəhbərliyi informasiya müharibəsində uduzduqlarını qaytarmağa çalışır. Bunun üçün bütün mümkün resurslardan, müxtəlif ölkələrdə erməni lobbisi tərəfindən pulla alınmış siyasətçilərdən və ekspertlərdən, saxlanılan “köstəbək”lərdən istifadə edilir.
Bu prosesdə xarici kütləvi informasiya vasitələrinə xüsusi rol ayrılır. Rusiya KİV-lərində elementar monitorinq aparmaqla bu faktı sübut etmək olar. Müxtəlif telekanallarda aparılan müxtəlif tok-şoularda satın alınmış “ekspertlər” yaranmış vəziyyəti “anlamağa” və çıxış yollarını tapmağa çalışırlar. Rusiya vətəndaşlığı olanların əksəriyyəti və “təsadüfi” erməni familiyaları olanlar Azərbaycan-Ermənistan münaqişəsinin həllini tapmağa çalışırlar. Təəccüblü deyil ki, onlar yekdil olaraq Yerevanın, separatçı Dağlıq Qarabağ rejiminin və onların himayədarlarının xeyrinə dəyişməyən hərbi fəaliyyətləri dayandırmağa çağırırlar.
Bu metod ermənilər tərəfindən ilk dəfə deyil ki, istifadə olunur. 1990-cı illərdə Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu hücum edərkən hücumu dayandırmaq məqsədilə hər tərəfdən informasiya hücumu başlayırdı.
Yalan məlumat yayma və aşağı əyarlı informasiya tullantıları erməni təbliğatının əsasını təşkil edir. Bəşəriyyətə qarşı cinayətə baxmayaraq, özünü qurban rolunda təqdim etmək cəhdi dünya ermənilərinin tarixi “fişka”sıdır.
Əslində nə baş verir? Azərbaycan Ordusu öz yolunda erməni sialhlı qüvvələrini qarşılaşaraq AZƏRBAYCAN ərazisi üzrə irəliləyir. Bu, işğal və torpaqların azad edilməsi adlanır.
Rusiyadan olan ekspertlərə sual vermək istərdim: onlar, məsələn amerikalı ekspertlərin sovet ordusunun SSRİ ərazisini işğal etmiş Hitler Almaniyasının qoşunlarına qarşı hücumu dayandırmasını tələb etmələri ilə bağlı ittiham dolu bəyanatlarına hansı reaksiya verərdilər? Çox güman ki, onlara yerlərini göstərərdilər.
Bu yaxınlarda Rusiya Suriyadakı hərbi əməliyyatlarına görə bütün dünyada ekspert və rəsmi şəxslər tərəfindən tənqid edildi. Lakin Moskva bu fəaliyyətinə terrorçuluqla mübarizə adı altında haqq qazandırırdı. Başa düşmək lazımdır ki, Azərbaycan hazırda Xocalı soyqırımını törətmiş, metro və sərnişin avtobuslarında partlayışlar törətmiş eyni cür terrorçularla mübarizə aparır. Artıq başa düşmək lazımdır ki, Suriya və İraqın yarısını tutmuş terrorçularla Azərbaycanın 20 faiz torpağını işğal etmiş erməni təcavüzkarları arasında heç bir fərq yoxdur.
Ermənistanın informasiya müharibəsi cəhdlərinə baxmayaraq, indi 1990-cı illərin əvvəli deyil. Azərbaycan elə möhkəmlənib ki, çağırışların, o cümlədən informasiya çağırışlarının öhdəsindən gəlir. Son illər Azərbaycan mətbuatı informasiya blokadasını yara bildi və baş verən hadisələr barədə həqiqətləri dünyaya çatdırma imkanına malikdir.
Seymur Əliyev
Trend-in baş redaktoru
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45

