“Prezident humanizm prinsiplərinə əsaslanaraq Əfv Sərəncamı imzalayıb”
18.03.2016 [09:43]
“Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə əfv sərəncamları imzalanıb və humanist addımlar atılıb”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Prezident İlham Əliyevin dünən imzaladığı Əfv Sərəncamı haqqında fikirlərini bildirərkən deyib.
YAP İcra katibinin müavininin sözlərinə görə, həm Amnistiya aktları Milli Məclisə təqdim olunub, həm də mütəmadi olaraq bu cür əfv sərəncamları imzalanıb: “Bu əfv sərəncamları hər bir bayramda müxtəlif kateqoriyalı insanlara şamil olunub. Cənab Prezident məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq bu Sərəncamı imzalayıb. Təbii ki, bu da növbəti bir humanist addım kimi qiymətləndirilir”.
S.Novruzov, eyni zamanda, təəssüflə bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli kimi insanlar Əfv Sərəncamının olmasını istəmir: “Çünki bu ona sərf etmir. Məhz sərf etmədiyinə görə də daima Əli Kərimli həbsdə olan insanların hüquqlarından və adlarından istifadə edib. Ümumiyyətlə, o çalışır ki, bu cür insanlara amnistiya verilməsin və nəticə etibarilə onlardan istifadə edərək Avropaya, Qərbə, Şərqə müraciətlər göndərsin. Bütün bunlara baxmayaraq Prezident İlham Əliyev humanist addımlar atdı və Əfv Sərəncamını imzaladı. Əli Kərimlinin mətbuatda anonim imzalarla çıxış etməsi isə onun köhnə xasiyyəti və peşəsindən xəbər verir. İndi də o xasiyyətini davam etdirir”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

