Mərkəzi Seçki Komissiyası siyasi partiyaların maliyyə hesabatlarına həsr olunan seminar keçirib
17.03.2016 [10:09]
Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü və təşkilatçılığı ilə martın 16-da siyasi partiyalar üçün onların maliyyə hesabatları ilə əlaqədar seminar keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Komissiyanın inzibatı binasında keçirilən tədbir siyasi partiyaların maliyyələşməsində şəffaflığın daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edən maliyyə hesabatlarının tərtib edilməsi, qəbul edilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinin xüsusiyyətlərinə həsr olunub.
Seminarda MSK, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmiləri tərəfindən siyasi partiyaların illik və seçkilərlə bağlı maliyyə hesabatlarının tərtib edilməsi, müvafiq səlahiyyətli orqanlara göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinin xüsusiyyətləri, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, habelə maliyyə hesabatları ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair məsuliyyət mövzularında məruzələr edilib və təqdimatlar aparılıb.
Seminarda dövlət qeydiyyatından keçmiş siyasi partiyaların rəhbərləri və təmsilçiləri, Komissiyanın və MSK nəzdində nəzarət-təftiş xidmətinin üzvləri, siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə gündəlikdə nəzərdə tutulduğu kimi, siyasi partiyaların illik və seçkilərlə bağlı maliyyə hesabatlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

