Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək
24.02.2016 [10:05]
Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün fevralın 24-dən 27-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev, deputatlar Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili daxildirlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və ATƏT PA-nın Büro üzvü Azay Quliyev öncə daimi komitənin iclasında iştirak edəcəklər. Həmin iclası ATƏT PA-nın sədri İlkka Kanerva açacaq. Daimi komitədə qış sessiyasının gündəliyi təsdiqlənəcək, maliyyə hesabatı dinləniləcək, cari il üçün nəzərdə tutulan tədbirlərə hazırlıqdan bəhs olunacaq. İclasda qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti barədə, həmçinin seçkilərin müşahidəsi ilə bağlı məruzələr dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
ATƏT PA-nın 15-ci qış sessiyasında əvvəlcə ümumi komitələrin birgə iclası keçiriləcək. ATƏT-in baş katibi səfir Lamberto Zanerin və qurumun Parlament Assambleyasının xüsusi nümayəndəsi xanım Xedi Frayın məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq. “ATƏT regionunda miqrant və qaçqın böhranı” məsələsi üç komitənin birgə iclasında xüsusi müzakirə mövzusu olacaq.
Siyasi məsələlər və təhlükəsizlik ümumi komitəsinin iclasında “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusu ətrafında geniş diskussiya aparılacaq.
Demokratiya, insan hüquqları və humanitar məsələlər ümumi komitəsində “Miqrantların və qaçqınların insan hüquqları” məsələsi diqqət mərkəzində olacaq.
İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitənin iclasında “Miqrasiyanın idarə olunması: ATƏT regionunda iqtisadiyyat üçün imkanlar və çağırışlar” məsələsinə baxılacaq.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiya çərçivəsində bütün iclaslarda fəal iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

