Bahar Muradova: Dayandığımız yerdən davam edəcəyik
09.02.2016 [09:46]
ATƏT Parlament Assambleyasının (PA) növbəti iclasının fevralın 25-26-da Vyana şəhərində keçiriləcəyi barədə məlumat vermişdik.
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova “Modern.az” saytına açıqlamasında deyib ki, ATƏT PA-nın iclasında yeni nümayəndə heyəti tam tərkiblə iştirak edəcək.
Milli Məclisin sədr müavini yeni seçilən deputatların ATƏT PA-dakı fəaliyyəti ilə bağlı suallara belə cavab verib: “Hesab edirəm ki, bu işə çox fəal şəkildə qoşulacaqlar və qısa müddətdə təşkilatın ümumi fəaliyyətinə öz töhfələrini verə biləcəklər. Mən də yeni seçilmiş deputatları kifayət qədər savadlı, mövcud prosesləri bilən, bu proseslərdən baş çıxarmaq üçün imkanları olan şəxslər hesab edirəm.
Qrupun üzvləri, onların fərdi keyfiyyətləri, bu və ya digər fəallığı vacib məsələdir. Azərbaycan dövlətinin istər rəsmi, istərsə də parlament diplomatiyası ilə bağlı yeritdiyi xarici siyasət dəsti-xətti var. O dəsti-xətt davam etdirilməlidir. İstər millət vəkilləri yeni olsun, istərsə də bir neçə çağırış seçilmiş millət vəkilləri. Fərqi yoxdur. Biz dayandığımız yerdən fəaliyyətimizi davam etdirəcəyik. Zaman da elə zamandır ki, onun tələblərinə, şərtlərinə uyğun bu işi aparmaq lazımdır”.
Nümayəndə heyətinin rəhbəri ATƏT PA-ya qatılan yeni tərkibdən də söz açıb: “Yeni tərkibdə gözləntilərim odur ki, bu günə qədər ATƏT PA-da nümayəndə heyətinin fəaliyyəti yeni dövrün tələblərinə uyğun şəkildə aparılıb. Biz bu işlə məşğul olacağıq. Yeni tərkibdə həm yeni seçilmiş deputatlar, həm də tərkibin digər üzvləri Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsinin həlli istiqamətindəki siyasətini ATƏT çərçivəsindəki kriteriyalara uyğun şəkildə və parlament diplomatiyası vasitəsilə davam etdirilməsinə öz töhfələrini verəcəklər”.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə aşağıdakı deputatlar daxildirlər: Bahar Muradova, Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Ülviyyə Ağayeva və Elşad Həsənov.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

