Bu, elə əsl həmrəylikdir!
25.12.2015 [09:40]
Dekabrın 23-də Ukrayna və Azərbaycanın dövlət bayraqları ilə bəzənmiş “Ukrayna evi” paytaxt kompleksinin səhnəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan bayram konserti keçirilib. Tədbir ölkəmizin səfirliyi tərəfindən təşkil edilib.
Hər iki dövlətin himni səsləndiriləndən sonra Azərbaycanın Ukraynada müvəqqəti işlər vəkili Nazim Əliyev tədbirin rəsmi hissəsini açıb. Diplomat həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, bütün qonaqları isə Yeni il və Milad bayramı münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavanlıq arzulayıb.
Ukrayna mədəniyyət nazirinin müavini Andrey Vitrenko Baş nazirinin müavini, mədəniyyət naziri Vyaçeslav Kirilenkonun azərbaycanlılara ünvanlandığı təbrik məktubunu oxuyub. “Ukrayna - sülh və tərəqqi naminə” humanitar maarifləndirmə missiyasının rəhbəri, “Ukrayna irsi” Assosiasiyasının prezidenti İrina Kvasnitsa da azərbaycanlılara təbriklərini və səmimi arzularını bildirib.
Konsert tədbirin rejissoru - “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatına daxil olan Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov və T.Şevçenko adına Milli Opera Teatrının solisti Y.Kuldırkayevanın ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlanıb.
Konsertdə Ukraynanın tanınmış artistləri, bu ölkədə yaşayan azərbaycanlı, gürcü, koreyalı, alman, tacik və digər icmaların peşəkar və özfəaliyyət kollektivlərinin nümayəndələri iştirak ediblər. Onların ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, habelə xalq rəqsləri təqdim olunub.
Artistlərə və gecənin aparıcılarına Azərbaycan səfirliyinin fəxri fərmanları, gül dəstələri təqdim edilib.
Tədbirdə səfirliyimizin əməkdaşları, Ukrayna hakimiyyət orqanlarının, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, şəhər meriyasının nümayəndələri, Azərbaycan diasporunun, Ukraynada yaşayan etnik azlıqların rəhbərliyi və fəalları, ölkənin mədəni elitasının nümayəndələri və başqaları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44

