Əfqanıstan Prezidenti Milli Məclisdə olub
23.12.2015 [10:35]
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Milli Məclisdə olub.
Əfqanıstan Prezidenti əvvəlcə parlamentin iclas zalları ilə tanış olub. Ali qonaq deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib.
Sonra Prezident Məhəmməd Əşrəf Qani parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb, xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Prezident Məhəmməd Əşrəf Qani ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib.
Milli Məclisin sədri Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin dostluq və tərəfdaşlıq istiqamətində qurulduğunu söyləyib. Oqtay Əsədov yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin münasibətlərinin inkişafına töhfə verdiyini qeyd edib. Milli Məclisin sədri bildirib ki, Əfqanıstan Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verəcək.
Oqtay Əsədov ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib. Milli Məclisin sədri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov ölkəmizin ərazisinin 20 faizinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. O, Əfqanıstanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkələrimiz arasında əlaqələrin dostluğa və qardaşlığa əsaslandığını söyləyib. Ali qonaq Azərbaycanı müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda əldə etdiyi böyük uğurlara görə təbrik edib.
Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident Məhəmməd Əşrəf Qani Əfqanıstanın problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkəmizin haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyini deyib.
Əfqanıstan Prezidenti ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələrdən də razılığını ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

