Bakı Limanı və “ADA” Universiteti logistika sahəsi üzrə anlaşma memorandumu imzalayıblar
16.12.2015 [10:02]
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “ADA” Universiteti Logistika sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramının (MBA) həyata keçirilməsinə dair anlaşma memorandumu imzalayıblar.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi Bakı Limanının dəstəyi ilə logistika və daşımalar, nəqliyyat, limanların idarə edilməsi sahələri üzrə yüksək ixtisaslı və müasir tələblərə cavab verən kadrların hazırlanması üçün “ADA” Universitetində müvafiq ixtisasın tədris edilməsidir.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev logistika sahəsinin ölkə iqtisadiyyatı üçün mühüm sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, hazırda universitetdə tədris edilən Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramı əlavə olaraq maliyyə, səhiyyənin idarə edilməsi, insan resurslarının idarə edilməsi, marketinq, texnologiyanın idarə edilməsi sahələrində də ixtisaslaşma təklif edərək Azərbaycanın sürətlə inkişaf edən biznes sektoruna mütəxəssislər hazırlayır. Hafiz Paşayev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ilə də birgə proqramın uğurlu olacağına əminliyini ifadə edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bu memorandumun Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində peşəkarlar və karyerasını logistika sahəsində qurmaq istəyən gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biri olduğunu qeyd edib: “Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bakı Limanı Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirərək ölkə və regionun iqtisadiyyatında xüsusi rol oynamağı qarşısına məqsəd qoyub. Azərbaycan gənclərinə yatırılan bu investisiyanı həm də məqsədimizə çatmaq istiqamətində atılmış mühüm addım olaraq dəyərləndiririk”.
O, həmçinin bu əməkdaşlığın ölkə başçısının neft kapitalını intellektin və peşəkar kadrların inkişafına çevirmək strategiyasına da uyğun olduğunu vurğulayıb.
Memoranduma əsasən 2016-cı ildə “ADA” Universitetində logistika sahəsində Beynəlxalq MBA proqramına qəbul olan tələbələrin təhsili Bakı Limanı tərəfindən maliyyələşdiriləcək. Yüksək ali təhsil standartlarına cavab verəcək Beynəlxalq MBA proqramı “ADA” Universitetinin yerli və əcnəbi professorları tərəfindən ingilis dilində tədris ediləcək. Tədris proqramının müddəti 15 aydır. Bu müddət ərzində, tələbələr tədris proqramı çərçivəsində logistika və təchizat zəncirinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə fənlər və praktiki seminarlar keçəcək, eləcə də xaricdə qısamüddətli təlimlər vasitəsilə uğurlu beynəlxalq təcrübədən yararlanmaq imkanı əldə edəcəklər. Təhsilini uğurla başa vuranlar Bakı Limanında işlə təmin olunacaqlar.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46

