Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRTAC-ın məqaləsi və videomaterialı Moskvada mükafata layiq görülüb

AZƏRTAC-ın məqaləsi və videomaterialı Moskvada mükafata layiq görülüb

28.11.2015 [11:09]

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) “70 il: Bu, bizim ümumi Qələbəmizdir” sərlövhəli məqaləsi və eyniadlı videomaterialı gənc jurnalistlərin Moskvada “Cənubi Qafqazın sülh gələcəyi: tarix və müasirlik” mövzusunda keçirilən VI müsabiqəsində mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, müsabiqə “İnforos” İnformasiya Agentliyi, Rusiya Millətlər Birliyi Konqresi və Şanxay Əməkdaşlıq Təşkilatı işgüzar klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Bu ilin iyununda start verilən müsabiqədə Azərbaycan, Gürcüstan və Rusiyanın Şimali Qafqaz regionlarından jurnalistlər iştirak edib. Builki müsabiqə İkinci Dünya müharibəsində Qələbənin 70 illiyinə həsr olunub. Müsabiqənin əsas məqsədi ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına kömək etməkdir.
Rəsmi mükafatlandırma mərasimi dekabrın 7-də Moskvada keçiriləcək.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30