/ / “The Times of Israel”: Azərbaycanda sürətlə inkişaf edən demokratiya şəraitində parlament seçkiləri transparent olub
“The Times of Israel”: Azərbaycanda sürətlə inkişaf edən demokratiya şəraitində parlament seçkiləri transparent olub
20.11.2015 [09:57]
ABŞ-da çıxan nüfuzlu ingilisdilli “The Times of Israel” qəzetinin 18 noyabr tarixli nömrəsində bu yaxınlarda Azərbaycanda keçirilən parlament seçkiləri haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə müəllifi, İsrailin beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut bu seçkilərdə müstəqil müşahidəçi kimi iştirak edib.
O yazır ki, dostu və həmkarı bu yaxınlarda ABŞ-da çıxan qəzetdə yazıb ki, “demokratiyalar boş yerdən yaranmır... sağlam demokratiyalar sıfırdan yaradılır, proses daha çox müasir binanın inşasına bənzəyir, ilk növbədə möhkəm təməl qoyulmalıdır, tamamlama işləri, döşəmə, divarlar və fasad sonranın işidir”.
İsrail eksperti yazır: “İslam dünyasının dünyəvi və mütərəqqi ölkəsi olan, Xəzər dənizinin sahilində, Rusiya ilə İran arasında yerləşən Azərbaycan Respublikasında da hazırda vəziyyət belədir. Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirilib. Bu seçkilər 24 il əvvəl Sovet imperiyasının dağıntılarından doğan, inkişaf etməkdə olan gənc demokratiya üçün bir növ mühüm dönüş nöqtəsidir. Eyni zamanda mən seçkilərdə əhalinin parlamentə ən yaxşı və layiqli nümayəndələrin seçilməsində çox fəal iştirak etdiyinə və bunda maraqlı olduğuna diqqət yetirdim. Mən Amerika, Almaniya və İsrail nümayəndələrindən ibarət çoxmillətli müşahidəçilər qrupunun üzvü kimi olduğum müxtəlif seçki məntəqələrində seçicilərlə söhbətləşərkən Sovet dövrünə məxsus ehtiyatlılıq hissinin yoxa çıxdığını real şəkildə hiss etdim. İnsanlar tamamilə azad və transparent şəraitdə səs verməyə gedir, yetərincə səmimi şəraitdə öz namizədlərinə səs verir, namizədlərinin uğur qazanacağına ürəkdən inanırdılar”.
Arye Qutun fikrincə, Azərbaycanda seçkilər prosesi hətta İsrail ölçülərinə görə çox diqqətəlayiq olub. Onun amerikalı həmkarları təəccübləndiklərini bildirirdilər. Seçkilər prosesi onlarda güclü təəssürat yaradıb. Məqalə müəllifi yazır: “Aşkar görünürdü ki, seçkilər prosesinin təşkilatçıları yaxşı təlim keçiblər və müvafiq seçki məntəqələrində transparent və açıq prosesə necə kömək etməyi bilirlər. Proses nizamlanmış və mütəşəkkil idi və bu da mənə İsraildəki seçki prosesini xatırlatdı”.
İsrail ekspertinin fikrincə, haqsız tənqidə həssas olan azərbaycanlılar sonrakı tənqidin qarşısını almaq üçün öz seçkilərini Qərbin seçki normalarına uyğun, qüsursuz təşkil etmişdilər. Müəllif qeyd edir: “Amerikalı müşahidəçi həmkarlarım bildirirdilər ki, Azərbaycanda parlament seçkilərində bir neçə maraqlı nüans var ki, bunlara ABŞ seçkilərində təsadüf olunmur. Məsələn, təkrar səsvermənin qarşısını almaq üçün əvvəlcə seçicilərin bir barmağına görünməz mürəkkəb vurulurdu. Seçkilər zamanı yoxlamaq üçün ultrabənövşəyi cihazdan istifadə edilirdi. Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələbi (bu, İsraildə də normal və adi haldır) amerikalı dostlarım üçün başqa bir maraqlı məqam oldu. Seçki qutusuna yaxınlaşmazdan əvvəl hər bir seçici öz seçici bülletenini almaq üçün şəxsiyyət vərəqəsini təqdim etməlidir. Mükəmməl demokratiya isə artıq seçki məntəqələrinin çoxunun hüdudlarından kənarda “exit poll” keçirən şirkətlərin nümayəndələrini müşahidə edən zaman görünürdü. Əslində, bu sosial sorğular inkişaf etmiş, yaxud inkişaf etməkdə olan demokratiyanın əlamətidir”.
İsrail ekspertinin fikrincə, Azərbaycanda seçkilərlə bağlı bütün mübahisələr sanki kənardan, o cümlədən ATƏT-dən və ABŞ Dövlət Departamentindən gəlir. A.Qut vurğulayır: “Göründüyü kimi, ATƏT əvvəlcə bu təşkilatın adətən başqa ölkələrə, o cümlədən Azərbaycana bənzər demokratiyanın inkişaf etməkdə olduğu digər ölkələrə göndərdiyindən şəksiz ki, daha çox müşahidəçi göndərməkdə israr edirdi. Rəsmi Bakı ATƏT-in israrına ədalətli şəkildə etiraz etdi. Azərbaycanın reaksiyasına cavab olaraq ATƏT öz nümayəndə heyətinin səfərini lap seçkilər ərəfəsində əsassız və birtərəfli şəkildə ləğv etdi. Sonra ATƏT Azərbaycanda seçkilər haqqında komplementar tənqidi bəyanatlar səsləndirdi, daha sonra ABŞ Dövlət Departamenti ondan nümunə götürdü. Ən qəribəsi də budur ki, adıçəkilən strukturlardan heç biri bu seçkiləri müşahidə etməyib və seçkilər barəsində birbaşa və bilavasitə heç bir informasiyaya malik deyil. ATƏT və ABŞ Dövlət Departamenti kimi ciddi strukturların parlament seçkiləri barədə informasiya olmadan seçki prosesini tənqid etmələri qəribə təsir bağışlayır”.
Müəllif yazır ki, o, seçkilər günü və seçkilərdən sonrakı günlər başqa nümayəndə heyətlərindən olan müşahidəçilər - italyanlar, ruslar, amerikalılar, israillilərlə görüşüb. Hamı Azərbaycana qarşı yanlış və qeyri-obyektiv münasibətdən danışıb. İsrailli ekspert deyib: “Azərbaycanlılar davamlı, liberal və sabit demokratiyanın zəruri əsaslarını qurmaq üçün xeyli vaxt və səy sərf ediblər. Bundan əlavə, bu parlament seçkiləri ölkədə demokratiya quruculuğu prosesində mühüm və zəruri addım olub, Azərbaycan bu yolda böyük uğurlar qazanıb”.
Arye Qut sonda fikrini belə yekunlaşdırıb: “ABŞ-ın və ATƏT-in bu gənc demokratiyanı, habelə bütün dünya çün real nümunə ola biləcək tolerant və plüralist Azərbaycan cəmiyyətini dəstəkləmək əvəzinə ona qara yaxması mənə qəribə və yolverilməz görünür”.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39

