/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “G20”-“Yurd” mədəni ərazisində sərgi ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “G20”-“Yurd” mədəni ərazisində sərgi ilə tanış olub
17.11.2015 [10:17]
AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Antalyada “G20”-“Yurd” mədəni ərazisində yaradılan sərgi ilə tanış olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğana, Sammitdə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarına sərgi barədə məlumat verilib.
Mədəni ərazidə Cəlaləllidin Rumi və Yunus Əmrə irsini nümayiş etdirən tolerantlıq bölməsi, “Türk qəhvəsi mədəniyyəti” sərgisi, ebru sənəti nümunələri, ipək geyimlər, türk mətbəxini təbliğ edən təamlar və s. nümayiş olunur.
Əvvəlcə qonaqlar türk mətbəxinin nümunələri ilə tanış olublar.
Sonra məşhur türk qəhvəsi, onun tarixi və hazırlanması prosesi barədə məlumat verilib.
Qonaqlar türk qəhvəsinin hazırlandığı qablara da baxıblar.
Daha sonra isti qumda qəhvə hazırlanması prosesi nümayiş olunub. Bildirilib ki, bu cür hazırlanan qəhvə daha dadlı və spesifik xüsusiyyətlərə malik olur.
Azərbaycanın birinci xanımına və digər qonaqlara, həmçinin türk şirniyyatlarının hazırlanması və onların tərkibi barədə məlumat verilib.
Bundan başqa, qonaqlar türk mantısının hazırlanması prosesinə baxıblar, burada nümayiş etdirilən əl işləri ilə tanış olublar.
Daha sonra qonaqlar Türkiyənin turizm imkanlarını və mətbəxini əks etdirən videoçarxa baxıblar.
Burada türk milli musiqilərini dinləyən qonaqlara milli musiqi alətləri və onların tarixi haqqında məlumat verilib.
Sərgidə müxtəlif zinət əşyaları da nümayiş olunur.
Daha sonra qonaqlara ebru ənənəvi türk sənəti barədə məlumat verilib. Qonaqlar burada ebrulərdən birinin hazırlanması prosesinə baxıblar.
Bu ərazi Türkiyənin mədəni və tarixi irsini, incəsənətini, adət-ənənələrini “G20” ölkələrinin liderlərinə, Sammitdə iştirak edən digər yüksək vəzifəli şəxslərə və jurnalistlərə təqdim etmək üçün təşkil olunub. Noyabrın 13-16-da ziyarətçilərin ixtiyarında olan ərazinin təşkilindən digər məqsəd Antalyanın qədim sivilizasiyalar, mədəni zənginliklər, tolerantlıq məkanı olması faktını qonaqlara çatdırmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

