Azərbaycan ilə Meksika arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
29.10.2015 [10:06]
Oktyabrın 28-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qonağı salamlayan Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu günə kimi Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 312 qərar qəbul edilib.
Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi yarandığı ilk günlərdən başlayaraq beynəlxalq əməkdaşlığa böyük diqqət yetirir, bir çox ölkələrin Konstitusiya məhkəmələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini mütəmadi olaraq öyrənir. Dünya Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının tamhüquqlu üzvü olan Azərbaycanın Konstitusiya Məhkəməsi bir çox xarici konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq tədbirlərdə meksikalı həmkarları ilə görüşdüyünü xatırladan Fərhad Abdullayev qeyd edib ki, Azərbaycanın Konstitusiya Məhkəməsi daim öz fəaliyyətini təkmilləşdirir, dünya təcrübəsinə önəm verir. Vurğulanıb ki, Meksikanın və Azərbaycanın məhkəmə sistemlərini birləşdirən ümumi amil insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsidir.
F.Abdullayev Avropada və dünyada konstitusiya ədalət mühakiməsi sahəsində formalaşan vahid məhkəmə praktikasının əhəmiyyətini vurğulayaraq, konstitusion prinsiplərin qorunmasında Konstitusiya Məhkəməsinin mühüm rolunu qeyd edib. Bildirib ki, Azərbaycanda məhkəmələr öz təcrübəsində insan hüquqlarının müdafiəsi sahəsində dövlətin Əsas Qanunu ilə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri də tətbiq edirlər.
Noyabrın 1-də Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini xatırladan Fərhad Abdullayev diqqətə çatdırıb ki, Mərkəzi Seçki Komissiyası qanunvericiliklə müəyyən olunmuş qaydada seçkilərin nəticələrini yoxlanılması və təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərəcək.
F.Abdullayev əminliyini bildirib ki, Meksika ilə dostluq münasibətlərinin inkişafı məhkəmə-hüquq sahəsində də əlaqələrin genişlənməsinə töhfə verəcək.
Səfir Xuan Rodriqo Labardini Flores səmimi görüşə görə məmnunluğunu bildirərək Meksika Birləşmiş Ştatlarının yüksək məhkəmə orqanları ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Diplomat qeyd edib ki, Meksikanın Azərbaycandakı səfirliyi ötən ilin sonunda fəaliyyətə başlayıb. Azərbaycanda bütün istiqamətlərdə gedən inkişafı görməkdən məmnun olduğunu söyləyən səfir, eyni zamanda, mədəniyyət, ədəbiyyat və digər sahələrdə iki ölkəni birləşdirən oxşar cəhətlərin iqtisadiyyat, ticarət, mədəniyyət və turizm sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Meksikanın məhkəmə-hüquq sistemi haqqında məlumat verən diplomat Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına, Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə yaxından tanışlığa maraq göstərdiklərini bildirib. O, Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Meksika Azərbaycanın məhkəmə-hüquq sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır.
Görüşün sonunda qonaq Konstitusiya Məhkəməsinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48

