Ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı düşünülmüş siyasətin tərkib hissəsidir
01.04.2009 [11:58]
“Hələ XIX əsrin sonlarında Azərbaycan xalqının deportasiyası və onlara qarşı kütləvi soyqırımı siyasəti ermənilər tərəfindən başlamışdı. Bu, bilavasitə çar Rusiyasının ermənilərə rəğbətindən irəli gələn məqsədyönlü şəkildə bir siyasət idi”.
Bunu Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri Qafar Əliyev bildirib.
Bölmə müdiri həmçinin bildirib ki, XX əsrin əvvəllərində 1917-1918-ci illər ərzində də azərbaycanlılar kütləvi şəkildə soyqırımına məruz qalıblar: “Sovet dövləti qurulduqdan sonra azərbaycanlılar yenidən deportasiya və soyqırıma məruz qalıblar. 1947-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız ata-baba yurdlarından sürgün olunaraq Azərbaycanın aran rayonlarına köçürülüblər. Ən dəhşətlisi isə Sovet rejiminin dağılması dönəmində Mixail Qorbaçovun ermənilərlə birgə həyata keçirdiyi soyqırımı olub. 1990-cı ilin yanvar hadisələri və 1992-ci ilin fevral ayında Xocalı soyqırımı bir daha sübut edir ki, çar Rusiyasının ermənilərə dəstəyi nəticəsində Azərbaycan xalqına qarşı soyqırımı davamlı olaraq həyata keçirilib. Beləliklə, ermənilər son 250 ildə çar Rusiyasının və sonradan Sovet dövlətinin ermənipərəst qüvvələrinin dəstəyilə azəri türklərinə qarşı soyqırımı siyasəti yeridiblər. Digər tərəfdən isə yalançı erməni soyqırımı mövzusunu ortalığa ataraq dünya ictimaiyyətini aldatmağa və yalançı təbliğatla öz bədxah əməllərini ört-basdır etməyə çalışırlar. Nəhayət, biz 31 mart dünya azərbaycanlılarının soyqırımı günü tədbirlərini keçirməklə dünya ictimaiyyətinə beynəlxalq təşkilatlara əsl həqiqəti çatdırmaq və dünya azərbaycanlılarının başına gətirilən müsibətləri, fəlakətləri gündəmə gətirmək əzmindəyik”.
Azərbaycanlılara qarşı törətdikləri soyqırımına görə, ermənilərin beynəlxalq məhkəməyə verilməsinə münasibətini bildirən Qafar Əliyev vurğuladı ki, Haaqa Məhkəməsinin özünün hüquqi prosedur qaydaları var: “Yəni cinayətin törədildiyi vaxt və faktlar, şahid ifadələri, siyahılar və s. təsdiq olunmuş formada vaxtında təqdim edilməli və lazımi sənədləri vaxtında təqdim etməklə yanaşı beynəlxalq təşkilatların nümayəndələri tərəfindən həmin sənədlər hüquqi baxımdan təsdiqlənməlidir. Yalnız bu halda həmin beynəlxalq məhkəmə işin icrasına başlayır. Məsələn, sonuncu 1992-ci ilin fevralında xalqımıza qarşı törədilmiş Xocalı faciəsini biz bu gün Beynəlxalq Məhkəməyə təqdim edə bilmirik. Ona görə ki, o vaxtkı rəhbərlik, yəni 1992-ci ildə hakimiyyətdə olan rəhbərlik hüquqi cəhətdən savadsız olduğuna görə, həmin hadisələri vaxtında Beynəlxalq Məhkəmənin icrasına təqdim edə bilməyib. Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra həm 20 Yanvar, həm də Xocalı faciəsinə dövlətimiz tərəfindən araşdırılıb, hüquqi qiymət verildi. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri açıldı və sənədlər Beynəlxalq Məhkəməyə təqdim olundu. Bu istiqamətdə Azərbaycanın xaricdə olan səfirlikləri, beynəlxalq təşkilatlardakı nümayəndələrimiz məqsədyönlü şəkildə iş aparır və çalışırıq ki, 20 Yanvar və Xocalı faciəsinin soyqırımı olduğunu dünya ictimaiyyətinə, o cümlədən, Haaqa Məhkəməsinə təqdim etməyə çalışırıq. Bizim bu yöndə fəaliyyətimiz günü-gündən aktuallaşır. Əgər əvvəllər soyqırımı bir neçə tədbirlə məhdudlaşırdısa, hazırda Azərbaycanın bütün dövlət orqanları, o cümlədən, Xarici İşlər Nazirliyi, Milli Məclisin deputatları, Prezident Aparatının şöbələri, jurnalistlər, qeyri-hökumət təşkilatları, Heydər Əliyev Fondu, bütövlükdə, əlaqədar dövlət və qeyri-dövlət təşkilatları sistemli şəkildə bu məsələyə qoşulublar. Azərbaycan Respublikasının bütün xarici ölkələrdə olan nümayəndəlikləri, səfirlikləri hamısı 31 mart soyqırımının hüquqi qiymət alması üçün əlindən gələni əsirgəmir. Bütün bunlar silsilə tədbirlər vasitəsilə həyata keçirilməlidir. Hazırda dünyanın bir çox dövlətlərində 31 mart soyqırımı ilə bağlı mitinqlər keçirilir, bəyanatlar hazırlanır, jurnallar, qəzetlər çap olunub yayılır və beləliklə, artıq Azərbaycan dövləti informasiya məkanında erməni lobbisinin təbliğatına qarşı hücum xarakterli kəskin bir mövqe ortaya qoyur”.
Nə vaxtsa ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına hüquqi qiymət verilməsinə Qafar Əliyev öz mövqeyini belə bildirdi: “Demək olar ki, BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatının qətnamələrində bu məsələ artıq öz təsdiqini tapıb və gələcəkdə də bu istiqamətdə daha yüksək səviyyədə işlər aparacağıq. çalışacağıq ki, zaman-zaman ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər öz həqiqi adını, yəni soyqırımı adını alsın”.
RAMİL
Xəbər lenti
Hamısına baxSiyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15

