/ / Əli Həsənov: Ermənistanda baş verən hadisələr hazırkı cinayətkar və anti-xalq rejiminə qarşı xalqın üsyanıdır
Əli Həsənov: Ermənistanda baş verən hadisələr hazırkı cinayətkar və anti-xalq rejiminə qarşı xalqın üsyanıdır
26.06.2015 [10:24]
Ermənistandakı kütləvi aksiyalar cinayətkar və anti-xalq Serj Sarkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı erməni xalqının üsyanıdır.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistanda iyunun 20-dən başlayan etiraz aksiyaları ilə bağlı AZƏRTAC-a müsahibəsində belə deyib.
Əli Həsənov qeyd edib ki, etiraz aksiyasının hakimiyyət qüvvələri tərəfindən sərt şəkildə və xüsusi amansızlıqla dağıdılması bu ölkədə anti-demokratik durumun əyani göstəricisidir: “Yüzlərlə insan döyülmüş, onlara fiziki xəsarət yetirilmiş, zorakılıq tətbiq olunmuşdur. Aksiyanın dağıdılması üçün xüsusi texniki vasitələrdən geniş istifadə edilmişdir. Hətta aksiyanı işıqlandıran jurnalistlər, həmçinin hüquq müdafiəçiləri polis və xüsusi xidmət orqanları əməkdaşlarının zorakılığına məruz qalmış və həbs olunmuşlar. Ermənistan hakimiyyəti xalqın qəzəbindən qorxaraq ən qəddar vasitələrə əl atmışdır”.
Prezidentin köməkçisi bildirib ki, adətən Azərbaycanda kiçik bir hadisəni şişirdərək rəsmi strukturlar səviyyəsində münasibət bildirən Qərb dairələrinin susqunluğu təəccüb doğurmaya bilməz. Əli Həsənov deyib: “Azərbaycanda hansısa kiçik bir məsələyə ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ayrı-ayrı Avropa dövlətlərinin rəsmi qurumları səviyyəsində münasibət bildirən Qərbin Ermənistanda baş verən ciddi qanun pozuntularına, vətəndaşlara, KİV nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı qəddar davranışa dair davamlı susqunluğu diqqəti cəlb edir. Azərbaycanda konkret cinayət əməli törətmiş hansısa şəxsin həbsini Dövlət Departamenti səviyyəsində tənqid edən ABŞ hökuməti Ermənistandakı hadisələrə bu ölkədəki səfirliyi vasitəsilə münasibət bildirdi. Münasibətin özü də daha çox beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyildi.
Həmin gün AŞPA-nın plenar sessiyasında Azərbaycanı tənqid edən bəzi avroparlamentarilər özlərini elə apardılar ki, sanki Ermənistanda heç bir hadisə baş vermir. Qərb mediası məsələni səthi işıqlandırmaqla kifayətləndi, beynəlxalq QHT-lər isə ümumiyyətlə bu hadisəyə toxunmadılar. Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən “Freedom House” təşkilatı Ermənistanda aksiyaçılara divan tutulduğu gün hesabat yayaraq, bu ölkəni az qala “demokratiya nümunəsi” kimi təqdim etdi.
Bütün bunlar Qərbin ikili standartlar, ayrı-seçkilik siyasətinin göstəricisidir. Bir ölkəyə qarşı planlı şəkildə, davamlı olaraq qarayaxma kampaniyası təşkil olunduğu halda, digər qonşu ölkədə etiraz aksiyasının amansız şəkildə dağıdılmasına, insan haqlarının tapdanmasına göz yumulması başqa cür adlandırıla bilməz”.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43

