Associated Press-in təqdimatı: Azərbaycan və Britaniyada məşq edən güləşçilərin fərqli taleyi
17.06.2015 [10:32]
Associated Press agentliyi Azərbaycan güləşçisi Mariya Stadnikin birinci Avropa Oyunlarında qələbəsi və onun Britaniya güləş komandasını təmsil edən baldızı Yana Rattiqanın acınacaqlı durumu haqqında yazıb.
Trend-in məlumatına görə, müəllif yazır ki, peşəkar güləşçi olan hər iki qadın əslən Ukraynadan olmalarına baxmayaraq, onların ilk Avropa Oyunlarında iştirak təcrübələri tamamilə fərqlidir: “Stadnik güləşə xüsusi qayğı göstərən Azərbaycanda yüksək səviyyəli idman obyektlərində məşq etdiyi halda, Britaniya vətəndaşlığını alan Yana Rattiqan bir neçə işdə çalışaraq, güləş karyerasını qorumağa çalışır. 2012-ci il London Olimpiya Oyunlarından sonra Britaniya güləş üçün maliyyəni dayandırıb”.
Y.Rattiqan oyunlara fiziki baxımdan yorğunluq, diz zədəsi ilə gəlib və ona görə də birinci raundda məğlub olub. Y.Rattiqan AP müxbirinə deyib: “Mənim gündəlik işim səhər 4.30-da başlayır və axşam 11-ə qədər davam edir. Bütün günü bu işin, o işin dalınca qaçıram. İndi mənim üçün əsl istirahətdir”.
Müəllif yazır ki, əgər Y.Rattiqan Bakıda olmasa idi, o Britaniyada küçələrdə ətir nümunələri satırdı. “Ətir istəyirsiniz?” “Bu mənəm?” deyərək Rattigan gülərək AP-nin müxbirinə deyir.
Britaniya hökumət agentliyi olan “UK Sport” London Olimpiadası üçün güclü komanda hazırlamaq üçün pul ayırıb, amma sərt maliyyə tədbirləri nəticəsində güləşə və idmanın digər növlərinə ayrılan pulları kəsib. Xatırlatmaq istərdik ki, Britaniyanın London Olimpiadasına ayırdığı vəsait real rəqəmi üç dəfə aşaraq, 18 milyard funt sterlinqdən artıq olub.
Y.Rattiqan Britaniya vətəndaşı Leon Rattiqan ilə evlənərək Britaniyaya gedib və orada uğurlu güləş karyerası ilə məşğul olacağını arzulayıb.
Y.Rattiqandan fərqli olaraq, peşəkar idman fəaliyyəti ilə məşğul olmaq üçün dövlət qayğısı ilə əhatə olunan Stadnik qızıl medal sahibi olandan sonra xoşbəxtlikdən göyün yeddinci qatında olduğunu deyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan qızıl medalı qəbul edən Y.Stadnik fəxarət hissi ilə Azərbaycanın dövlət himnini oxuduğunu bildirib.
Qida rasionu aşağı olan və bütün günü ailəsini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olan Y.Rattiqan güləş və geniş mənada idman vasitəsilə Britaniya gənclərini problemlərdən və digər neqativ fəaliyyətlərdən kənar tutmağa kömək etməyi düşünür. O deyib ki, bu uşaqların əksəriyyəti aztəminatlı ailələrdən gəlirlər: “Əgər hər hansı dünya çempionatında qalib gəlirsənsə....bu nəticə etibarilə uşaqları zərərli fəaliyyətlərdən, cinayətdən kənar tutur”.
Britaniya bir əsr bundan əvvəl güləş üzrə aparıcı dövlətlərdən biri idi. Amma onun sonuncu Olimpiya medalı 1984-cü ilə təsadüf edir. Y.Rattiqan ümid edir ki, müxtəlif xeyriyyə maliyyə dəstəyi ilə Britaniyada gənclər arasında güləşin inkişafına nail olsun.
Avropa ölkələri, o cümlədən Britaniya tərəfindən idmana göstərilən aşağı səviyyəli dövlət qayğısının nəticəsidir ki, gənclər arasında narkomaniya, cinayətkarlıq, alkoqolizm, radikallıq, İslamafobiya, anti-semitizm və digər meyllər güclənir. BMT tərəfindən də təşviq olunduğu kimi idman hər bir cəmiyyətdə bu kimi neqativ meyllərin kütləvi şəkildə aradan qaldırılmasına xidmət edən ən güclü vasitələrdən biridir.
Əminliklə deyə bilərik ki, “Bakı-2015” Avropa Oyunları Azərbaycan cəmiyyəti, xüsusilə gənclərin inkişafında daha yeni imkanlar açacaq və yeni nəsil idmançıların yetişməsinə təkan verəcək.
“Bakı-2015” Avropa Oyunları bütün Avropa miqyasında artmaqda olan neqativ meyllərin qarşısının alınması üçün çox vacib platformadır. Təəssüflər olsun ki, geosiyasi ambisiyalarına görə 100 ildən artıq dövr ərzində Avropa Oyunlarını keçirə bilməyən və Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparan bəzi qərb ölkələri, o cümlədən Böyük Britaniya bunu başa düşmək və ya qəbul etmək istəmir.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32

