Əflatun Amaşov: Avropa rəsmilərinin arqumentləri sırf siyasi mahiyyət daşıyır
06.06.2015 [10:59]
“BMT, ATƏT və Avropa Şurasının nümayəndələrindən ibarət beynəlxalq üçlüyün Azərbaycan mətbuatında da yer almış fikirləri ilə tanış oldum. Bu fikirləri I Avropa Oyunları müstəvisində ölkəmizə qarşı aparılan xoşagəlməz kampaniyanın tərkib hissəsi kimi dəyərləndirirəm. Ümumən belə halların mövcudluğuna görə təəssüf hissi keçirirəm”.
Bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov BMT-nin İnsan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forstun, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dünya Miyatoviçin və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin OpenDemocracy portalında I Avropa Oyunları ilə bağlı birgə məqaləsinə münasibət bildirərkən deyib.
Ə.Amaşov bildirib ki, dünyada tanınan qurumları təmsil edən bu şəxslərin çağırışlarında bəsitlik var: “Məqsəd bəllidir. I Avropa Oyunları ilə bağlı ölkəmizə hansısa formada təzyiq göstərmək. Ancaq bu səviyyəli qurumlar üçün məsələdə hansısa bəlli, sivil formul olmalıdır. Məqalənin tonundan elə duyulur ki, Azərbaycan sanki başqa planetdən yer üzünə düşmüş məmləkətdir. Halbuki ölkəmiz artıq neçə illərdir həm BMT-nin, həm ATƏT-in, həm də Avropa Şurasının üzvüdür. Nümayəndələrimiz sözügedən təşkilatların xaricdəki toplantılarına qatılır, ölkəmiz onların tədbirlərinin bir çoxuna ev sahibliyini reallaşdırır. Dünya Miyatoviçin özü dəfələrlə Bakıda media ilə əlaqədar konfranslara qatılıb. Birgə toplantılarımız olub. Hesab edirəm ki, ATƏT-lə media sahəsindəki əməkdaşlıqdan kifayət qədər effektiv nəticələr əldə etmişik. Ancaq onun belə bir kampaniyaya qoşulması münasibətlərimizin perspektivini şübhə altına alır. Ümumən təmsil etdiyi quruma qarşı inamsızlıq formalaşdırır. Xanım Miyatoviç ölkəmizdəki ab-havadan, media cameəsinin durumundan kifayət qədər məlumatlıdır. Belə olan halda onun və Azərbaycandakı reallıqları bilən digər avropalı rəsmilərin bu qədər özünüinkar tonunu seçməsi qətiyyən anlaşılmır. Ortada olan açıq qərəzdir. Ən pisi isə əlahiddə səciyyə daşıyan demokratik prinsiplərin siyasi məqsəd və vəzifələrə qurban verilməsidir. Sual yaranır: I Avropa Oyunlarının keçirilməsində Azərbaycana etimad göstərən kimlərdir? Axı bu idman hadisəsi həm də Avropanın özü üçün lazımdır”.
Mətbuat Şurasının sədri üç il öncə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də oxşar məsələlərin gündəmə gətirildiyini xatırladıb: “O zaman da bir qrup var idi ki, əvvəl musiqi yarışmasını boykot etməyə çağırmışdı. Məqsədlərinə çatmayınca iştirakçılara çeşidli müraciətlər ünvanladılar. Görünür, Qərbin bəzi dairələrinin baxışlarında müsbətə doğru hər hansı meyil yoxdur. Üç il öncəki “ssenarini” təkrarlayırlar. Əvvəl I Avropa Oyunlarını boykot etməyə çağırdılar. İndi oyunların başlamasına çox az vaxt qalır. Bütün təzyiq imkanlarını tükətdikdən sonra son dərəcə mənasız gedişlərə baş vururlar. Təsəvvür edirsinizmi ki, Azərbaycana idmançı qismində təşrif buyuracaq minlərlə idmançı, habelə məşqçi heyəti və digər texniki heyət insan haqları, medianın durumu ilə əlaqədar Bakıda kimlərləsə müzakirə aparacaq? Axı, onlar medal qazanmağa, ölkələrini təmsil etməyə - bayraqlarını ucaltmağa, himnlərini səsləndirməyə gəliblər. Məsələni anlamaq bu qədərmi çətindir?”
Ə.Amaşov qeyd edib ki, idmanın siyasi alətə çevrilməsi yolverilməzdir: “İdman da bir siyasətdir. Yəni ölkəni, xalqı tanıtmaq siyasəti. İdmanda humanist dəyərlərin təbliği var. Ancaq burada dəqiq müəyyənləşdirilmiş sərhədlər də var. İdmanın siyasi alətə çevrilməsi əsla yolverilməzdir. Dünyanın mütərəqqi ictimaiyyətinin məsələyə münasibəti məhz belədir. Ona görə də idmanda hansısa formada siyasi məram və məqsədlərin ifadəsinə çox sərt yanaşılır. Bunun örnəkləri ilə dəfələrlə qarşılaşmışıq. Avropa rəsmilərinin arqumentləri isə sırf siyasi mahiyyət daşıyır. Mövcud halda onların idman hadisəsindən yararlanmaq cəhdləri yalnız sui-istifadə effekti yaradır”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

