/ / İslamabadda əlil uşaqlar üçün mərkəzdə Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib
İslamabadda əlil uşaqlar üçün mərkəzdə Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib
04.06.2015 [09:43]
Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Fərabi adına Əlil Uşaq Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.
Tədbirdə Pakistan Nazirlər Kabineti Xüsusi Təhsil Departamentinin baş direktoru Liaqat Məhəmməd Xan, mərkəzin direktoru Məhəmməd Şabbir, Azərbaycan-Pakistan Gənclər Forumun prezidenti Məhəmməd Asif Nur, KİV nümayəndələri iştirak ediblər.
L.M.Xan çıxışında fiziki qüsurlu uşaqlara göstərdiyi yardıma görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Fondun Pakistandakı fəaliyyətindən danışan natiq bu humanitar yardımı Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən bu ölkə qarşısındakı xidmətlərinə görə ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu xatırladıb.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək xalqlarımız arasındakı sarsılmaz qardaşlıq münasibətləri barədə söhbət açıb. O, Heydər Əliyev Fondu haqqında ətraflı məlumat verib, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın Azərbaycanda və xarici ölkələrdə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib. D.Şikarov Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə proqramların həyata keçirildiyini vurğulayıb. O, Mehriban Əliyevanın bu ilin fevral ayında “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasını Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi layihələrə yüksək qiymət verilməsi ilə yanaşı, bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirib.
M.Şabbir mərkəzin fəaliyyəti haqqında məlumat verərək deyib ki, burada 200-dən artıq uşaq təhsil və müalicə alır.
Azərbaycan-Pakistan Gənclər Forumunun Prezidenti M.A.Nur Pakistan-Azərbaycan münasibətlərindən danışıb, Azərbaycana etdiyi çoxsaylı səfərlər haqqında söhbət açıb.
Sonra səfir 50 əlil arabasını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıqları Heydər Əliyev Fondu adından Mərkəzə təqdim edib.
Tədbirin sonunda Mərkəzdə təhsil alan uşaqlar konsert proqramı ilə çıxış edib, fiziki qüsurlu oğlanlar kriket oyununu nümayiş etdiriblər.
Sonra Mərkəzin sakinləri və burada çalışan texniki heyətə nahar verilib.
D.Şikarov Pakistanın aparıcı televiziya kanallarına, elektron KİV-nə müsahibə verib, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-Pakistan münasibətləri haqqında söhbət açıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

