/ / Əli Əhmədov: Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi qeyd ediləcək
Əli Əhmədov: Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi qeyd ediləcək
07.05.2015 [10:27]
“Gələcəkdə Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi qeyd ediləcək. Bu da o deməkdir ki, Azərbaycan, Bakı artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə ev sahibliyi etmiş ölkə və şəhər kimi tarixə düşəcək”. Bu fikirləri jurnalistlərə müsahibəsində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi Azərbaycanın inkişafı, dünya birliyinə inteqrasiyası ilə bilavasitə bağlıdır. Bundan başqa, Azərbaycanın genişmiqyaslı idman yarışlarının və ya mədəni tədbirlərin keçirilməsinə ciddi yanaşmasının, bütün bu tədbirlərin yüksək səviyyədə təşkilinə Avropanın inanmasının nəticəsidir.
Oyunların yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün işlərin artıq görüldüyünü vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycan dəfələrlə Avropa miqyasında, ondan da daha geniş bir miqyasda maraq doğuran böyük idman və ya mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə, hər bir azərbaycanlı üçün qürur mənbəyidir ki, ilk Avropa Oyunları Bakıda keçiriləcək. İlk Avropa Oyunlarının standartları Bakıda müəyyənləşdiriləcək və bundan sonra Avropa Oyunlarını hansı ölkə keçirəcəksə, kifayət qədər məsuliyyətlə yanaşmalı olacaq ki, bu Oyunları Bakıda qoyulmuş standartlara uyğun şəkildə keçirməyə müyəssər olsun.
Əli Əhmədov vurğulayıb ki, bu gün Azərbaycan dünyanın gözündə çox önəmli bir ölkəyə çevrilib. Təsadüfi deyil ki, ayrı-ayrı beynəlxalq tədbirlərin keçirilməsi üçün yer axtaranda ilk yada düşən ölkələrdən biri də məhz Azərbaycan olur. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

