III Qlobal Bakı Forumunda Avropa İttifaqının qonşuluq siyasəti müzakirə olunub
30.04.2015 [10:01]
Aprelin 29-da III Qlobal Bakı Forumu çərçivəsində “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusunda panel iclası keçirilib.
Moderator - Xarici İşlər Şurasının üzvü Mişel Fuşe panelin mövzusu barədə məlumat verərək bildirib ki, son dövrlərdə Avropa İttifaqının qonşuları ilə siyasətini dəyişməsinin vacibliyi ilə bağlı fikirlər səslənir. Moderator qonşuluq siyasəti çərçivəsində bir neçə assosiasiya, bundan əlavə bir sıra ölkələrlə vizaların sadələşdirilməsi ilə bağlı sazişlərin imzalandığını deyib. Bu o deməkdir ki, insanlarda Avropaya qarşı istək var. Qeyd edilib ki, Avropa qonşuluq siyasəti müharibəyə deyil, dostluq və əməkdaşlığa əsaslanır.
Liviyanın xarici işlər naziri Mohamed Dayri çıxışında bildirib ki, Liviyadakı qeyri-sabitlik qonşu ölkələrə də təsir göstərir. Liviya hər zaman Avropa İttifaqının, beynəlxalq cəmiyyətin bu ölkəyə daha çox diqqət ayırmasını istəyir. Düzdür, bununla bağlı bir çox bəyanatlar verilir. Ancaq hələ liviyalılar gələcəkdə onları nə gözlədiyini, hansı köməyin olacağını bilmirlər. Biz real kömək istəyirik. Liviya da Qəddafi rejimi süqut etdikdən sonra dövlət quruculuğunda müəyyən çətinliklər yarandı. Bu gün ölkədə neftdən asılılıq mövcuddur.
Litvanın sabiq Prezidenti Vitautas Landsbergis çıxışında Avropa-Rusiya münasibətlərindən danışıb. Diqqətə çatdırılıb ki, bu gün Avropanın ən əsas problemi Rusiya ilə bağlıdır. Rusiyada hələ də imperiya düşüncəsi mövcuddur. Bu sosialist düşüncə Rusiyanın Avropa ilə əməkdaşlığına maneə yaradır.
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Azərbaycana hər səfərində ölkəmizdə gördüyü inkişafın onu sevindirdiyini deyib. O, avropalıların Azərbaycana ikili standartlarla yanaşdığını da qeyd edib. Azərbaycanda olan inkişafı və sosial rifahın yüksəldilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən keçmiş Prezident bildirib ki, Avropa Azərbaycan ilə əməkdaşlığa diqqəti daha da artırmalıdır. Sabiq Prezident deyib: “Dünyada İslam adı ilə təhdid çağırışlarını müşahidə edirik. Azərbaycanda isə sivil dəyərlərin müdafiəsi ön yerlərdə durur. Azərbaycan bir çox ölkələrlə müqayisədə daha liberal və müasirləşmə yolunu seçib. Avropa cəmiyyəti də bunu bilməli və anlamalıdır”.
Moldovanın sabiq Prezidenti Petru Lucunski çıxışında Şərq Tərəfdaşlığı proqramının çox uğurlu ideya olduğunu deyib. Bildirilib ki, bu proqramda iştirak edən ölkələrə müəyyən dəstək verməlidir. Moldova bu köməyi görür, amma bu ideyanın dəqiq icra mexanizmi hələ də mövcud deyil.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair sazişin imzalanmasının vacibliyini bildirən Latviyanın sabiq Prezidenti Valdis Zatlers qeyd edib ki, bu ölkə Avropa İttifaqı üçün çox önəmlidir və onunla əməkdaşlıq genişləndirilməlidir.
ABŞ dövlət katibi köməkçisinin sabiq müavini, Milli Təhlükəsizlik Şurasının direktoru Devid Merkel vurğulayıb ki, ABŞ beynəlxalq məsələlərdə daha aktiv olmalıdır. Azərbaycan ABŞ üçün strateji əhəmiyyətli məsələlərdə mühüm rol oynayır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakı Qlobal Forumunun artıq nüfuzlu struktura çevrildiyini və burada dünyanı narahat edən aktual problemlərin müzakirə olunduğunu qeyd edib.
Novruz Məmmədov bildirib ki, bu gün dünyada müharibə ab-havası var. Dünyada gedən proseslərdə beynəlxalq hüquq və onun norma və prinsipləri deyil, daha çox böyük dövlətlərin siyasi, iqtisadi və geosiyasi maraqlarının ortaya qoyulması indiki arzuolunmaz vəziyyətə gətirib çıxarıb. 25 il əvvəl dünyada cəmi 10 ölkədə narahatlıq doğuran münaqişə ocaqları var idisə, bu gün onların sayı 50-yə çatır.
“Uzun müddət azadlıq arzusu ilə yaşayan xalqımız 24 il əvvəl müstəqilliyini qazandı. O vaxt Azərbaycanda hamı fikirləşirdi ki, dünyanın ən sivil, inkişaf etmiş hissəsi olan Avropa və Qərb bizə bütün problemlərimizin həllində kömək edəcək və ədalətli olacaq. Ancaq illər keçdikcə gördük ki, heç də həmişə belə olmur. Azərbaycan bəlkə də postsovet məkanında Avropa və Qərblə uğurlu əməkdaşlıq edən yeganə ölkə sayıla bilər. Lakin müstəqilliyinin ilk illərində məhz geosiyasi maraqların nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizi işğal edildi. Bu günə qədər dünyada, o cümlədən Avropada bu məsələ ilə bağlı beynəlxalq hüquqa uyğun heç bir fikir səsləndirilmir. Münaqişənin həlli Minsk qrupunun monopoliyasına verilib. Hamı da çox yaxşı bilir ki, bu qrup münaqişəni həll edə bilməz. Əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya vaxtında ədalətli mövqe qoyulsaydı, ondan sonrakı problemlər- nə Gürcüstanla, nə Moldova ilə bağlı problemlər olmazdı”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.
Bu gün dünyada ən böyük böhranın ədalət böhranı olduğunu söyləyən Novruz Məmmədov bunun nə Qərbə, nə də Avropaya xeyir gətirmədiyini bildirib. Qeyd edilib ki, Azərbaycan enerji sahəsində, terrorizmlə mübarizədə, beynəlxalq əməkdaşlığın, humanitar əlaqələrin inkişafında böyük işlər görür. O, Şərqlə-Qərb, xristian dünyası ilə İslam, şimalla-cənub arasında bir körpüdür və bu funksiyanı şərəflə, uğurla yerinə yetirir. Amma bunu heç kim nəzərə almaq istəmir.
Azərbaycana münasibətdə qərəzli yanaşmaların və təzyiqlərin müşahidə olunmasından təəssüfləndiyini bildirən Novruz Məmmədov deyib: “Bu gün beynəlxalq aləmdə təhlükəli proseslər gedir və bu addımların çoxu bilərəkdən atılır. Azərbaycan Qərblə, Avropa ilə hərtərəfli əməkdaşlığa can ataraq, bütün imkanlarını təklif etdi və onlardan münaqişənin həllində ədalətli kömək istədi. Ancaq bu baş vermədi. Odur ki, Azərbaycanın artıq Avropaya, Qərbə inamı tükənməkdədir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

