“Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib
22.04.2015 [09:52]
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda alim və mütəxəssislər, tələbələr iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək işğalçılıq, qəsbkarlıq siyasəti aparan ermənilərin torpaqlarımızda törətdikləri qanlı qırğınlardan danışıb.
Rektor bədnam düşmənin xalqımıza qarşı həyata keçirdiyi soyqırımına 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini vurğulayıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını bildirib.
Ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran akademik U. Ələkbərov, eyni zamanda, bu gün Heydər Əliyev Fondu və digər qurumların Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rolundan bəhs edib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev konfransın məqsəd və məramından, əhəmiyyətindən bəhs edib. O, həmçinin Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli mənfur ermənilərin zaman-zaman törətdikləri dəhşətli faciələri əsaslı fakt və dəlillərlə diqqətə çatdırıblar.
Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayan natiqlər ölkəmizin dinamik şəkildə inkişaf etdiyini bildiriblər.
Milli Məclisin deputatı, professor Musa Qasımlı “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları” mövzusunda məruzə edib.
Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilmiş soyqırımları, erməni diasporunun məkrli fəaliyyəti barədə, həmçinin Elmin İnkişafı Fondunun 2012-ci il mayın 8-də təsis etdiyi və həmin vaxtdan etibarən keçirdiyi “Şuşa qrantı” müsabiqələri çərçivəsində yerinə yetirilmiş elmi-tədqiqat layihələri üzrə əldə edilən nəticələrə dair elmi məruzələr də dinlənilib.
Məruzələr Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlərini, Şuşa şəhərinin 3D modeli və kosmik təsvirlər əsasında hazırkı vəziyyətinin qiymətləndirilməsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edib.
Konfrans materialları kitab şəklində çap olunacaq.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

