/ / Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb
14.04.2015 [10:03]
Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 11-də Rusiyanın TASS Agentliyində bu ölkənin nüfuzlu aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Sonra Azərbaycanın birinci xanımı “Rossiya-24” telekanalının “Vesti nedeli” həftəlik analitik informasiya proqramına müsahibə verib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı TASS Agentliyində səmimiyyətlə qarşılayıblar.
TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman görüşü açaraq bildirib ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın TASS Agentliyinə gəlməsi onlar üçün böyük şərəfdir. Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə məlumat verən M.Qusman qeyd edib ki, bu Oyunların keçirilməsi unikal hadisədir. Azərbaycanda bu Oyunların keçirilməsinə böyük əhəmiyyət verirlər.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yenidən Moskvada olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu şəhərlə onu bir çox xoş xatirələr bağlayır. İlk Avropa Oyunlarından danışan Azərbaycanın birinci xanımı bu idman tədbiri ilə əlaqədar ölkəmizdə görülən işlərdən bəhs edib. Bildirib ki, ilk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın birinci xanımı deyib ki, ölkəmizdə bu Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də böyük maraq var. “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, hazırda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı işlər final mərhələsinə qədəm qoyub. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün xidmətlər Oyunlara tam hazır vəziyyətdədir. Hazırda Oyunların açılış mərasiminə ciddi hazırlıq gedir. Azərbaycanın birinci xanımı bildirib ki, bu Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycanda idmana göstərilən dövlət qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq idman yarışlarında qazandığı uğurlarla bağlıdır. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri vurğulayıb ki, bu Oyunlarda iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər görülüb. Beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılan Olimpiya Kəndi dünyada indiyədək yaradılan ən gözəl kəndlərdən biridir. Bundan əlavə, kütləvi informasiya vasitələri üçün də Media Kəndinin yaradıldığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət edib.
Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırıb. Bildirilib ki, Azərbaycan qonaqpərvər ölkədir və xalqımız ölkəmizə gələcək qonaqları səbirsizliklə gözləyir. Son illərdə paytaxt Bakıda müasir mehmanxana komplekslərinin inşa olunduğunu qeyd edən Mehriban Əliyeva ölkəmizin iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı uğurlar, beynəlxalq idman ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi barədə də ətraflı məlumat verib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Səfir bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi bu ölkənin müxtəlif şəhərlərində çox mühüm humanitar və sosial layihələr həyata keçirir.
Azərbaycanın birinci xanımı TASS-ın fotomüxbirlərinin müxtəlif dövrlərdə çəkdikləri fotolara baxıb.
Sonra Heydər Əliyev Fondunun prezidenti “Rossiya-24” telekanalının “Vesti nedeli” verilişinə müsahibə verib.
Müsahibədə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bu Oyunlara hazırlıqla bağlı görülən işlərdən ətraflı danışıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

