İslamofob dairələrin ölkəmizə qarşı apardığı kampaniya iflasa məhkumdur
31.03.2015 [09:43]
Azərbaycanın əldə etdiyi uğurlardan narahat olan antimilli mərkəzlər yenidən demokratiya və insan haqları pərdəsi altında “qara piar” kampaniyasına start veriblər
Kimsəyə sirr deyil ki, cəmi 24 illik müstəqillik tarixinə malik müasir Azərbaycan dövləti bu qısa zamanda böyük uğurlara imza atmaqla yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Azərbaycan dövlətinin bu uğurlarının mərkəzində dayanan əsas amil isə istər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən, həmçinin, əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin həyata keçirilməsidir. Məhz bu, Azərbaycanın siyasi-iqtisadi inkişafı ilə yanaşı, ölkəmizin beynəlxalq aləmdə yaxın tərəfdaş, etibarlı müttəfiq kimi tanınmasında əhəmiyyətli rola malik olub.
Onu da qeyd edək ki, Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursunun aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir. Eyni zamanda, ölkəmiz illərdir ki, bir sıra mühüm beynəlxalq tədbirlərin ev sahibi kimi çıxış edir. Əksər böyük dövlətlərin, təşkilatların rəhbərləri, nümayəndələri məhz dünyanın qarşılaşdığı problemlərdən çıxış yollarını Bakıda təşkil olunan tədbirlərdə müzakirə edirlər. Bu, həm də ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, hər zaman diqqət mərkəzində olmağımızın göstəricisi sayıla bilər. Bundan başqa, Azərbaycan bu gün dinlərarası, mədəniyyətlərarası dialoqların da əsas mərkəzinə çevrilib.
Bir sözlə, beynəlxalq miqyaslı mədəniyyət, idman tədbirlərinin ölkəmizdə keçirilməsi ənənəyə çevrilib. Məsələn, bir neçə il öncə “Eurovision” mahnı yarışmasına uğurla ev sahibliyi edən Azərbaycan dövləti cəmi bir neçə aydan sonra birinci Avropa Oyunlarının keçiriləcəyi məkan olacaq.
Lakin təəssüflə vurğulanmalıdır ki, dövlətimizin bu uğurlu inkişafı, dünyanın mədəni, idman tədbirlərində fəal çıxışı, o cümlədən, bu tədbirlərə ev sahibliyi etməklə əldə olunan uğurların dünya ictimaiyyətinə təqdimatı bəzi islamofob, antimilli, ermənipərəst dairələrin böyük narahatlıqlarına səbəb olur. Zaman-zaman fəallaşaraq ölkəmizə qarşı ikili standartlardan çıxış edən, demokratiya və insan haqları adı altında “qara piar” kampaniyasını həyata keçirməyə çalışan bu islamofob mərkəzlər indi də ölkəmizdə birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı aparılan yüksəksəviyyəli fəaliyyətə kölgə salmaq üçün növbəti yalanları uyduraraq cəmiyyətə sırımağa cəhd göstərirlər. Daha dəqiq desək, bu anti-azərbaycançı, islamofob dairələrin rəhbərliyi altında olan və özünü “demokratik təşkilat” adlandıran qurumlar Azərbaycana qarşı hər zaman ikili standartla yanaşır, ölkəmizdə gedən demokratik prosesləri düzgün dəyərləndirmirlər.
Adıçəkilən mərkəzlərin transmilli mediadan istifadə etməklə ölkəmizə qarşı apardığı “qara piar” kampaniyası isə hər zamankı kimi iflasa məhkumdur. Azərbaycan dövləti hər zaman bu cür kampaniyalara layiqli cavab verib və öz uğurları ilə onların yalanlarını ifşa edib. Bu mənada, birinci Avropa Oyunlarına qarşı həmin islamofob dairələrin apardığı kampaniyanın da özündən əvvəlkilərin aqibətini yaşayacağına şübhə yoxdur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

