/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində bir sıra uşaq evlərinə baş çəkib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində bir sıra uşaq evlərinə baş çəkib
12.03.2015 [12:17]
Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.
Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. Heydər Əliyev Fondunun vitse-prezidenti internat evində yaradılan şəraitlə tanış olub, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlanıb. Bildirilib ki, internat evi Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində də olub. Məlumat verilib ki, Mərkəz daun sindromu xəstəliyinin xüsusiyyətləri nəzərə alınmaqla qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izləyib.
Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəlib. Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət edib, onların arzu və istəklərini dinləyib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində olub, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin sakinlərinə də bayram təbriklərini çatdırıb. Məlumat verilib ki, bu körpələr evində 4 yaşınadək 52 uşaq yaşayır. Ötən ilin noyabrında burada başlanan əsaslı təmir nəticəsində müəssisədə yaradılan şərait müasir standartlar səviyyəsində olacaq.
Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

