/ / Siyavuş Novruzov: Azərbaycanın inkişafı, regionda aparıcı dövlətə çevrilməsi onları narahat edir
Siyavuş Novruzov: Azərbaycanın inkişafı, regionda aparıcı dövlətə çevrilməsi onları narahat edir
04.03.2015 [10:01]
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmişə Azərbaycanda keçirilən seçkilər, ölkənin siyasi sistemi ilə bağlı qərəzli məlumatlar yayıb və bu da onun bir davamıdır. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycanda insan hüquqları barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, Azərbaycanda istər söz azadlığı, istərsə də peşə fəaliyyəti ilə bağlı heç kəs məsuliyyətə cəlb olunmayıb: “Sadəcə olaraq, bu və ya digər şəkildə bir neçə sahə ilə məşğul olanlar var. Onlar həm QHT yaradırlar, QHT vasitəsilə ayrı-ayrı ölkələrdən qrantlar alırlar, həm bu qrantları düzgün olmayan, öz təyinatına uyğun olmayan şəkildə istifadə edirlər, həm də vergidən yayınırlar və yaxud bu və ya digər şəkildə ayrı-ayrı kəşfiyyat orqanlarına məlumatlar ötürülməsi, dövlət sirrinin yayılması, hərbi sirlərin yayılması və başqa ölkələrə, xüsusilə də Ermənistana ötürülməsi ilə məşğul olurlar. Onlar gizli yolla Ermənistan ərazisinə keçir, orada müxtəlif insanlarla, o cümlədən təhlükəsizlik orqanlarında çalışan insanlarla görüşür və söhbətlər aparırlar. Bununla belə, hansı məsələlərlə məşğul olduqları ilə bağlı heç bir hesabat da vermirlər”.
O bildirib ki, Azərbaycanda siyasi baxışına, söz azadlığına, fikir plüralizminə görə heç kim məsuliyyətə cəlb olunmayıb: “Əksinə, Azərbaycanda söz azadlığı həmişə qorunub. Azərbaycanda şahidi olmuşuq ki, jurnalistlərin və qəzetlərin fəaliyyəti ilə bağlı borclarının ödənilməsi dövlət tərəfindən həyata keçirilib, jurnalistlər mənzillə təmin olunub, jurnalistlərə birbaşa yardımlar edilib, qəzetlər dövlət tərəfindən maliyyələşib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmişə Azərbaycan haqqında, istər ölkədə keçirilən seçkilər, istərsə də Azərbaycanın siyasi sistemi ilə bağlı qərəzli və düzgün olmayan məlumatlar yayıb və bu da onun bir davamıdır. Bu da ondan irəli gəlir ki, Azərbaycanın bugünkü inkişafı, Azərbaycanda gedən islahatlar, ölkə iqtisadiyyatının güclənməsi, Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi və ölkədə olan ictimai-siyasi sabitlik onları narahat edir. Bu baxımdan Azərbaycana təzyiqlər göstərmək üçün belə fikirlər ortaya atırlar”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

