“Sözügedən qətnaməni dəstəkləməməyimiz Ukraynaya qarşı deyil”
31.01.2015 [12:16]
Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən gün yeni qətnamə qəbul edib. Həmin qətnaməyə əsasən, rəsmi Moskvanın Ukrayna məsələsinə qarşı tutduğu mövqeyə görə Kreml haqqında sanksiya siyahısı genişləndirilib. Səsvermədə 40 nəfər qərarın əleyhinə, 160 nəfər isə lehinə səs verib. Azərbaycan da AŞPA-da Rusiyanın Ukraynaya qarşı təcavüzkarlığını qınayan qərarın əleyhinə səs verib.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin bu cür addım atmasını Ukraynaya qarşı hərəkət kimi dəyərləndirənlər də var.
Milli Məclisin vitse-spikeri Bahar Muradova “Modern.az” saytına açıqlamasında məsələyə belə münasibət bildirib: “Azərbaycan Ukrayna dövlətinin ərazi bütövlüyünü ən yüksək səviyyədə dəstəkləyib. Ölkənin rəsmiləri hər uyğun məqamda da bunu vurğulayırlar. Azərbaycanın rəsmi mövqeyi belədir, hər hansı bir dövlətin ərazi bütövlüyünün pozulmasına qarşıyıq. Bunu açıq şəkildə bəyan edirik. Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı səlahiyyət məsələsinə gəldikdə, biz ikili yanaşmanın, ikili standartların əleyhinə səs veririk. Xatırlayırsınızsa, ATƏT PA-nın ötən il Bakıda keçirilən yay sessiyasında da belə bir vəziyyət yaranmışdı. Krım məsələsi müzakirə olunanda fərqli yanaşmaya etiraz etdik. Bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü pozan, ərazilərimizi işğal altında saxlayan, 1 milyon insanı qaçqın-köçkünə çevirən Ermənistana sanksiya tətbiq edilmədiyi halda, uyğun bir məsələdə başqa bir ölkəyə tətbiq olunur. Biz bu cür yanaşmaya qarşı çıxırıq. Hesab edirik ki, belə qərar qəbul olunursa, bütün təşkilatlar, ilk növbədə, ölkələrin ərazi bütövlüyünü şübhə altına alan bir hərəkətə bundan əvvəl yol vermiş Ermənistana da sanksiya tətbiq etməlidirlər. Yəni, bu cür selektiv yanaşmanın əleyhinəyik”.
Vitse-spikerin sözlərinə görə, bu cür addımlar Ukraynanın ərazi bütövlüyünün əleyhinə olması anlamına gəlməməlidir: “Bu, doğru yanaşma deyil. Ola bilsin ki, kimsə ya bundan sensasiya yaratmaq istəyir, nəsə öz ambisiyalarını güdür, ya da məsələni anlamadığına görə belə söyləyir. Yalnız Azərbaycanın mövqeyinin nədən irəli gəldiyini açıqlaya bilərəm. Biz eyni məsələlərə beynəlxalq hüquq məsələləri baxımından hansı ölkədə baş verməsindən, hansı ölkəyə bu qərarın aid olmasından asılı olmayaraq, uyğun mövqe sərgilənməsini istəyirik. Ona görə də, ən uyğun məqamdan Azərbaycanın problemlərini qabartmaq üçün istifadə edirik. Avropa Şurası Parlament Assambleyası öz üzvü olan bir ölkənin digər dövlətin ərazisini işğal altında saxlamasına, hər gün təxribatlar törətməsinə, atəşkəsi pozmasına, Azərbaycan ərazisində hərbi təlimlər keçirməsinə, öz elinə baş çəkmək üçün gedən Azərbaycan vətəndaşını mifik Ermənistan dövlətinin Qarabağ sərhədini pozması adı ilə həbs edib girov götürməsinə, məhkəmə şousu qurmasına laqeyd qalırsa, belə bir təşkilata öz münasibətimizi bu şəkildə ifadə edirik”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

