Azərbaycanın uğurlu daxili və xarici siyasət kursu beynəlxalq səviyyədə təqdir olunur
31.01.2015 [11:43]
Xarici ekspertlər, bir çox ölkələrin rəsmiləri, o cümlədən, dünya mətbuatı ölkəmizin inkişafını yüksək qiymətləndirir, əldə edilən nailiyyətləri, həmçinin, Azərbaycanla əməkdaşlığı təqdirəlayiq hal kimi xarakterizə edirlər
Cənubi Qafqaz regionunun güc mərkəzi və dinamik inkişaf tempinə malik olan Azərbaycan pozitiv beynəlxalq imicə malikdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və reallaşdırdığı səmərəli, uğurlu daxili və xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı beynəlxalq miqyasda hərtərəfli inkişaf edən, nüfuzlu dövlətlərdən və etibarlı strateji tərəfdaşlardan birinə çevirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili sosial-iqtisadi siyasət ölkədə ümummilli inkişafı təmin edib, eləcə də, praqmatik, realist və rasional xarici siyasi-strateji kursun fonunda Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir. Digər tərəfdən, sabitlik adası kimi çıxış edən Azərbaycan dünyaya tolerantlıq modeli bəxş edib və sivilizasiyalararası dialoqa fundamental töhfələr verir.
Bütün bunları nəzərə alan xarici ekspertlər, bir çox ölkələrin rəsmiləri, o cümlədən, dünya mətbuatı ölkəmizin inkişafını yüksək qiymətləndirir, əldə edilən nailiyyətləri təqdirəlayiq hal kimi xarakterizə edirlər.
Azərbaycanın sivilizasiyalararası dialoqun inkişafında oynadığı rol, dünyaya təqdim etdiyi dəyərlər yüksək qiymətləndirilir
Məsələn, Amerikada nəşr olunan “The Hill” qəzetində dərc olunan “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” sərlövhəli məqalədə ölkəmizin sivilizasiyalararası dialoqun inkişafında oynadığı rol, dünyaya təqdim etdiyi dəyərlər yüksək qiymətləndirilir. Məqalənin müəllifi beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutdur. Ekspert qeyd edir ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi ölkənin etnik və dini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb: “Bu təsisatlardan birincisi millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsidir. Həmin vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Həmin mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin inkişaf etdirilməsidir”.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələri üçün vətəndir.
Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir
Eyni zamanda, Azərbaycanın regional və qlobal təhlükəsizliyə verdiyi töhfələr, ölkəmizlə əməkdaşlığın əhəmiyyəti beynəlxalq səviyyədə qeyd edilir. Xüsusi olaraq vurğulanır ki, Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Məsələn, bu yaxınlarda Latviyanın xarici işlər naziri Edqars Rinkeviç vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlıq Latviyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin prioritet məsələlərindən biridir. Onun sözlərinə görə, Latviya Azərbaycana Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi baxır: “İkitərəfli münasibətlər doğru yoldadır və biz əlaqələrimizdən məmnunuq. Latviya və Azərbaycan arasında siyasi dialoq aktiv və konstruktivdir”.
Qərb mətbuatı Azərbaycanın milli inkişaf modelindən bəhs edir
Bunlarla yanaşı, Qərb mətbuatında dərc edilən çoxsaylı analitik və araşdırma xarakterli məqalələrdə Azərbaycanın milli inkişaf modelindən bəhs olunur, həyata keçirilən səmərəli daxili və xarici siyasət kursunun uğurları təqdir edilir. Bu barədə yetərincə materiallar mövcuddur. Məsələn, ABŞ-ın məşhur “Foreign Affairs” jurnalının yanvar-fevral buraxılışı Azərbaycana həsr olunub.
“Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc” adlanan xüsusi buraxılışda Azərbaycanın siyasi-iqtisadi inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturu, informasiya-kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, turizm potensialı, ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və “ASAN xidmət”, Bakıda keçiriləcək I Avropa Oyunları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Azərbaycan iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir. İqtisadi şaxələndirmə proqramı və gələcəyə aydın baxış Azərbaycanı qlobal oyunçuya çevirir, ölkədə investisiya yatırımı üçün əlavə imkanlar yaradır: “Azərbaycanın dinamik iqtisadi inkişafı, siyasi sabitliyi, dialoq və əməkdaşlığa sadiqliyi bu ölkənin beynəlxalq mövqelərini daha da gücləndirir”.
Azərbaycan həqiqətləri beynəlxalq mətbuat səhifələrində yer alır
Bununla yanaşı, Azərbaycan həqiqətləri, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklər də beynəlxalq mətbuat səhifələrində yer alır. Məsələn, Amerikada nəşr olunan “The Hill” qəzetində dərc edilmiş “Cənubi Qafqazda regional inkişafa maneələr haqqında” sərlövhəli məqalədə qeyd edilir ki, Ermənistan-Azərbaycan müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar Ermənistan tərəfindən işğal edilib: “Bir milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu insanları öz doğma yurdlarından qovmuş Ermənistan həmin ərazilərdə ikinci erməni dövləti yaratmaq istəyir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

