İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası keçirilir
22.01.2015 [09:53]
Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası işə başlayıb. Ölkəmizi sessiyada Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edir.
Sessiyada İran tərəfi İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransına sədrliyi Türkiyəyə təhvil verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda təşkilatın ötən dövrdə gördüyü işlərdən, qarşıda duran vəzifələrdən bəhs edilib.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın mədəniyyətlər, sivilizasiyalar və dinlərarası dialoq siyasətinin müsbət nəticələri barədə məlumat verib. Prezident İlham Əliyevin İslamın sülh, dostluq və həmrəylik dini olması barədə fikirlərini sessiya iştirakçılarının diqqətinə çatdıran Oqtay Əsədov Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olmasını və 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsini Azərbaycanda İslama münasibətin göstəricisi kimi dəyərləndirib.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal altındakı Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, o cümlədən Xocalı soyqırımı barədə qəbul etdiyi qətnamələrə, bu məsələlərdə dəyişməz, ədalətli mövqe nümayiş etdirdiyinə görə, İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinə təşəkkürünü bildirib. Azərbaycan parlamentinin rəhbəri əminliklə qeyd edib ki, bəşəriyyətin qarşısında duran ağır sınaqları keçə bilməsi üçün müxtəlif sivilizasiyalara mənsub cəmiyyətlər, xalqlar və millətlər arasında qarşılıqlı hörmətə, etimada və hüquq bərabərliyinə əsaslanan işbirliyinin və uzlaşmanın təmin edilməsi həyati əhəmiyyətə malikdir.
Oqtay Əsədov Azərbaycanın sürətli inkişafı, humanitar sahədə əldə olunan nailiyyətlər, “Bakı-2015” Avropa Oyunları, eləcə də 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə aparılması və digər uğurlar barədə sessiya iştirakçılarını məlumatlandırıb.
Son illər bir sıra İslam ölkələrində hökm sürən ictimai-siyasi gərginliyin və silahlı münaqişələrin bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrildiyini diqqətə çatdıran Türkiyə Böyük Millət Məclisinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının yeni sədri Cəmil Çiçək çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləyib. İşğal nəticəsində yurd-yuvasından didərgin düşən bir milyondan çox azərbaycanlının hüquqlarının pozulduğunu bildirən Türkiyə parlamentinin sədri vurğulayıb ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcək.
Sessiya işini yanvarın 22-də yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

