Mübariz Qurbanlı: Azərbaycanda radikal qruplar nə qədər körüklənsələr də, alışa bilməyəcəklər
10.01.2015 [11:37]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Modern.az-a müsahibəsində Azərbaycanda mövcud olan radikal dini qruplardan söz açıb. Mübariz Qurbanlı Fransada baş verən qanlı terror hadisələrinin Azərbaycana təsiri məsələlərinə də toxunub.
Onun sözlərinə görə, Azərbaycan xalqı xurafata uyan deyil: “Bizim xalqın intellektual səviyyəsi yüksəkdir. Biz Qərb dünyasında hansısa dairələrin sifarişi ilə siyasi karikatura siyasətindən, fitnəkarlığından istifadə edənlərin toruna düşən xalqlardan deyilik. Biz peyğərbərimizə qarşı olan hərəkətləri həmişə pisləyirik. Lakin bu hərəkətlərdən qıcıqlanaraq öz ölkəmizdə hansısa hərəkətlər edərək radikal addımlar atılması bizə xas deyil. Bizim xalq bu hiylə-fəsadın arxasında kimlərin dayandığını bilir. Qərbin bəzi mərkəzlərində İslam dininə qarşı yaradılmış olan fitnə-fəsadların nə məqsədlə edildiyi bizim xalqa aydındır. Bu cür hadisələr bizim ərazi üçün qıcıq yaratsa da, hansısa qarşıdurma ehtimalı olan məkan deyilik. O ki qaldı Azərbaycanda olan bəzi radikal qruplara onlara, həqiqətən də, qrup deyirəm. Çünki onlar o dərəcədə azdır ki, o qrupların iqtisadi, sosial dayaqları yoxdur, zəifdir. Onların iqtisadi dayaqları çökdürülməkdədir. Eyni zamanda, inzibati yolla və ideoloji sahədə aparılan işlər bu cür qrupların Azərbaycanda kök atmasına imkan vermir. Bir ağacı əkərsiniz, o, bir müddət yaşıl görünər. Amma bir azdan quruyacaq”.
Komitə sədri bildirib ki, Azərbaycan xalqı radikal qruplara mənəvi, siyasi tərəfdən dəstək vermir və bundan sonra da bu, belə davam edəcək: “Radikal qruplar o yerdə münbit şərait əldə edir ki, o yerdə xurafat və gerilik elmi, dini baxımdan özünü göstərir. Biz xurafata “yox” deyən xalqıq. Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycanda dövlət-din münasibətləri ilə bağlı kompleks işlərin görülməsi Azərbaycan xalqını xurafatdan xeyli uzaqda saxlayır və saxlamaqdadır. Azərbaycanda radikal qruplar nə qədər körüklənsələr də, alışa bilməyəcəklər. Kənardan kimsə hansısa formada radikallara iqtisadi dəstək vermiş olsa da, həmin iqtisadi dəstək küləkdə sovrulub gedən əşyaya çevriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

