Azərbaycan tolerant dövlətdir və terrorizmi qətiyyətlə pisləyir
10.01.2015 [11:24]
Əsrlərdir erməni terrorundan əziyyət çəkən Azərbaycan xalqı Fransada törədilmiş terror aktını humanizmə, insanlığa qarşı cinayət əməli kimi qiymətləndirir
Xəbər verildiyi kimi, Fransada “Çarli Hebdo” jurnalının Parisdəki redaksiyasına hücum nəticəsində 12 nəfər öldürülüb. Ölənlərin 10 nəfəri jurnalist, iki nəfəri isə polis əməkdaşı olub. Polisin məlumatına görə, hadisəni törədən 2 nəfər qara geyimdə və kapüşonlu olub. Onlar hadisədən sonra 2 avtomobillə qaçıblar. Baş verən terror hadisəsi dünya ictimaiyyəti tərəfindən qınanılıb və etirazla qarşılanıb. Hər bir halda insanlara qarşı terror həyata keçirməyin yolverilməz olduğu qeyd edilib.
Bununla bağlı Yeni Azərbaycan Partiyası (YAP) da bəyanatla çıxış edib. Bəyanatda bildirib ki, Yeni Azərbaycan Partiyası Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir. Qeyd olunur ki, səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik: “Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir. Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz”.
Azərbaycan dövləti hər zaman terrora qarşı olduğunu nümayiş etdirib
Vurğulamaq lazımdır ki, tarixin müxtəlif dövrlərində erməni terroruna məruz qalan ölkəmiz bu gün terrorizmə qarşı beynəlxalq mübarizədə ön sıralarda yer alır. Azərbaycan dünyada sülhün bərqərar olması istiqamətində aparılan fəaliyyətdə hər zaman qətiyyəti ilə seçilir. Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədyi əməkdaşlıqla yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Aydındır ki, bu gün Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçirilməsinə və sülhün təminatına ən böyük maneə məhz Ermənistanın işğalçı mövqeyi və terror siyasətidir. Təkcə 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımında yüzlərlə günahsız insan öz həyatını itirib.
Ümumiyyətlə, terror birmənalı şəkildə qəbul olunmayan haldır və bütün dünyada bu antiinsani aksiyaya qarşı tədbirlər həyata keçirilir. Hər bir problemin sülh yolu ilə tənzimlənməsi yeganə çıxış yolu kimi qeyd edilir. Azərbaycan dövləti də hər zaman terrora qarşı olduğunu, bütün problemlərin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu nümayiş etdirib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də sülh danışıqlarına üstünlük verən və bu günə qədər konstruktiv mövqe sərgiləyən Azərbaycan terrora qarşıdır. Bir sözlə, Azərbaycan dövləti hər zaman terror hadisələrini qətiyyətlə pisləyir.
Azərbaycanda fəaliyyət göstərən jurnalistlər hər zaman tolerantlığı, irqi, dini, milli bərabərliyi özlərinin əsas prinsiplərindən sayır
Vurğulandığı kimi, Fransada törədilən terror hadisəsində qətlə yetirilən insanların böyük əksəriyyəti jurnalistlər olub. Təbii ki, azad sözün ifadəçisi olan jurnalistlər öz hüquqlarından sui-istifadə etməməli, başqalarının hüquq və azadlıqlarına, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalıdırlar. Bu mənada insanlara qarşı öz peşəsindən sui-istifadə halı yolverilməzdir.
Qeyd etmək gərəkdir ki, demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı, mətbuat azadlığı prinsipi dövlətlərin, xalqların inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Azərbaycanda azad sözün ifadəçiləri də hər zaman milli dəyərlərə hörmətlə yanaşır, digər xalqların inancına yüksək dəyər verirlər. Azərbaycanda fəaliyyət göstərən jurnalistlər hər zaman tolerantlığı, irqi, dini, milli bərabərliyi öz fəaliyyətlərində əsas prinsiplərdən saymaqdadırlar. Bu gün Azərbaycanda mətbuatın inkişafının, o cümlədən, söz azadlığı və plüralizmin yüksək səviyyədə olmasının əsasında təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs dayanır. Bu yolda qarşıya çıxan problemlər isə cəmiyyət-dövlət tandeminin birgə səyi nəticəsində aradan qaldırılır. Bu birgə fəaliyyət nəticə etibarı ilə dövlətin inkişafına, söz azadlığı prinsipinin daha da möhkəmlənməsinə xidmət göstərir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda söz azadlığının qorunması həm də dövlətimizin demokratik inkişafında öz əhəmiyyətli rolunu göstərir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 May 13:40
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19

