/ / “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında sənədli film nümayiş olunub
“Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında sənədli film nümayiş olunub
30.12.2014 [09:42]
Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilən “Biz hamımız uşaqlıq ölkəsindənik” (“Vse mı rodom iz detstva”) adlı sənədli film nümayiş olunub.
AzərTAc xəbər verir ki, ekran əsərində birinci xanım Mehriban Əliyevanın çəkildiyi “Danışan məktub” filmindən kadrlar göstərilir, həmin filmdə əsas rollardan biri olan Validə obrazını onun məharətlə oynadığı qeyd edilir.
Filmdə Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun yüzlərlə insana kömək göstərdiyi də əksini tapır. Belə ailələrdən biri balaca İmranın ailəsi olub. Bədbəxt hadisə nəticəsində ağır zədə almış İmran Fondun dəstəyi ilə yenidən normal həyata qaytarılıb.
Filmdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ali təhsil aldığı və həkim işlədiyi illərdən də bəhs edilir.
Filmin yaradıcı heyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafına, Bakının memarlığına xüsusi önəm verdiyi, Müasir İncəsənət Muzeyi kimi yeni incəsənət və mədəniyyət mərkəzlərinin yaradıldığı məqamlara da diqqət yönəldir.
UNESCO-nun baş katibi İrina Bokova, Fransa Senatının üzvü Natali Qule Mehriban Əliyevanın Azərbaycanın xaricdə tanıdılması istiqamətində gördüyü işlərdən danışırlar. Aktrisa Ornella Muti təşkilat komitəsinin sədri birinci xanım olan “Eurovision-2012” musiqi yarışmasının yüksək səviyyədə keçirildiyini deyib.
Filmdə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada qədim məbədlərin, Romada katakombaların bərpa edildiyi, Azərbaycanın İtaliyada həyata keçirilən müştərək humanitar layihələrdə iştirak edən ilk müsəlman dövləti olduğu, Fondun Versal sarayında aparılan bərpa işlərində fəal iştirak etdiyi vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi fəaliyyəti, birinci xanımın Federasiyaya rəhbərlik etdiyi dövrdə ölkədə bu idman növünün inkişafı ilə bağlı kadrlar da yer alır.
SSRİ Xalq artisti Tamara Sinyavskaya Mehriban Əliyeva haqqında xatirələrini bölüşür, Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Vinner birinci xanımın rəhbərliyi ilə Azərbaycan gimnastikasının qazandığı uğurlardan, aktyor Rober Osseyn isə Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli humanitar fəaliyyətindən bəhs edirlər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

