/ / “Nezavisimaya qazeta”: İlk dəfədir ki, Rusiya sərhədlərindən kənarda belə yüksək səviyyəli tədbir keçirilir
“Nezavisimaya qazeta”: İlk dəfədir ki, Rusiya sərhədlərindən kənarda belə yüksək səviyyəli tədbir keçirilir
30.12.2014 [09:41]
Rusiyada çıxan “Nezavisimaya qazeta” nəşrində yaxın xarici ölkələr siyasəti şöbəsinin icmalçısı Viktoriya Panfilovanın Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə böyük rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilmiş tədbirlərdən bəhs edən məqaləsi dərc edilib.
Məqalədə deyilir: “Mixail Lermontovun yaradıcılığı və həyatı haqqında bu günlərdə Bakıda danışılıb. Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mixail Lermontovun 200 illiyinə həsr edilmiş tədbirlər, o cümlədən Fondun icraçı direktoru Anar Ələkbərovun moderatorluğu ilə “M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi” adlı “dəyirmi masa” və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, Eduard Artemyevin “Mələk” əsərinin dünya premyerasının da səsləndiyi bayram konserti keçirilib. “Lermontov irsi” Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının ictimai palatasının üzvü Mixail Lermontov da Fondun dəvəti ilə Bakıya gəlmişdi.
Çoxsaylı qonaqlar “Rəssam Lermontovun əsərlərinin reproduksiyaları”, “Şairin bədii obrazı uşaqların gözü ilə”, “Lermontovun şəxsiyyətinin və ədəbi yaradıcılığının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və müəllimləri tərəfindən təqdimatı” bölmələrindən ibarət sərgi ilə tanış olublar. Bakıda böyük şairin şərəfinə bayram tədbirləri müxtəlif ölkələrdə keçirilmiş dünya tədbirlərinin vacib hissəsi idi”.
Məqalə müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın nitqindən sitat gətirir: “Azərbaycanda böyük rus mədəniyyətinə və ədəbiyyatına həmişə dərin məhəbbət və ehtiramla yanaşıblar. Bu günün özündə ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı mövcuddur. Əlbəttə, biz, Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur duyuruq. Böyük maarifçi, filosof və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Lermontovun müəllimi olub”.
Viktoriya Panfilovanın sözlərinə görə, Qafqaz Lermontovu özünə cəlb edib, o burada həyatın dolğunluğunu hiss edib. V.Panfilova yazıb: “O dövrdə Rusiyada təhsilli adamlar arasında Qafqazı Mixail Lermontov kimi yaxşı bilən az idi. Ona görə də Azərbaycanda Lermontovun yaradıcılığına xüsusi münasibət var. Eynilə Rusiyada Azərbaycan şairlərinin yaradıcılığını yüksək qiymətləndirirlər: Sankt-Peterburqda Nizamiyə, Moskvada isə Axundova abidə ucaldılıb. Azərbaycanda Lermontovun 200 illiyinin belə yüksək səviyyədə qeyd edilməsi nəzərdən qaçmayacaq. Təntənəli gecədə “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontovun qeyd etdiyi kimi, “Rusiya sərhədlərindən kənarda belə yüksək səviyyəli tədbir ilk dəfədir ki, keçirilir”. O, Lermontovlar ailəsi adından minnətdarlığını bildirərək vurğulayıb ki, şairin ən unudulmaz əsərləri Qafqazda yaradılıb, Azərbaycanda böyük şairin yaradıcılığına göstərilən münasibətdən qürur duyur”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

